adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
10 Mart 2018 11:38
10054
SİYASƏT
A- A+

Türkiyə müdafiə nazirinin müavini: “Azərbaycanla işbirliyini genişləndirmək istəyirik”

"Öncə onu demək istəyirəm ki, Azərbaycan və Türkiyə qardaş dövlətlərdir. Biz hər zaman qardaş ölkə Azərbaycanın, Azərbaycan da Türkiyənin yanındadır. Hər iki ölkə arasında əlaqələr kifayət qədər yüksək səviyyədə qurulub”.

Adalet.az xəbər verir ki, bu sözləri Modern.az-a açıqlamasında Türkiyənin müdafiə nazirinin müavini Şuay Alpay deyib.

Nazir müavini bildirib ki, Azərbayacanla bir çox sahələr üzrə əməkdaşlıq edilir.

"Bunlardan biri də müdafiə sahəsidir. Azərbayacan Müdafiə Nazirliyi ilə Türkiyə Müdafiə Nazirliyi arasında önəmli əlaqələr mövcuddur. Bildiyiniz kimi, dəfələrlə Azərbaycan və Türkiyə qoşunları birgə təlimlər keçiriblər. Hesab edirəm ki, bu? hər iki ölkənin müdafiə sahəsinə öz töhfəsini verəcək”.

"Azərbaycan yaxın vaxtlarda Türkiyədən hansı yeni silahlar ala bilər” sualına Türkiyənin müdafiə nazirinin müavini Şuay Alpay belə cavab verib:

"Hər iki ölkənin müdafiə nazirlikləri arasında önəmli işbirlikləri var. Biz daha çox bu işbirliyini genişləndirmək istəyirik. Hazırda söyləyəcəyim sadəcə bu qədər”.