adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
10 Mart 2018 11:51
14797
DÜNYA
A- A+

Afrində indiyədək 3195 terrorçu öldürülüb

Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Suriyanın Afrin bölgəsində həyata keçirdiyi antiterror əməliyyatlarına dair yeni hesabat açıqlanıb.

Adalet.az xəbər verir ki, Türkiyə Baş Qərargahının yaydığı son məlumata əsasən, "Zeytun budağı" əməliyyatında indiyədək 3195 terrorçu zərərsizləşdirilib,157 yaşayış məntəqəsi nəzarətə götürülüb.

Qeyd edək ki, yanvarın 20-da Türkiyə Silahlı Qüvvələri Suriyanın şimal-qərbində yerləşən Afrin bölgəsində "Zeytun budağı” adlı əməliyyata başlayıb.