warez script warez forum sanal santral orkide hacklink al musa yıldırım script indir shell indir logsuz shell mavi orkide Script indir PHP Scriptler Ataşehir Kuaförü Ataşehir Erkek Kuaförü Ataşehir kadın kuaförü Adalet.az | AD Adalet.az | AD Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

AD

3851    |   2018-03-10 00:28
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Süleyman
Qaradağlı

Ad vermək, ad qoymaq tarixən ən mühüm və ciddi məsələ olub. Xalqımızın ən qədim yazılı abidəsi olan "Dədə Qorqud" dastanında ulu ozan boy boylayib, soy soylayar və hər kəsin əməlinə uyğun adlar verərdi.
Ad mərama, məqsədə uyğun veriləndə xüsusilə yerinə düşür və gözəl səslənir. Yenidənqurmanın ilk illərində yeni yaranan şirkət və kooperativlərə verilən bir sıra gözəl adlar indi də unudulmur: "Qasid" mətbuat yayımı, "Sünbül" çörək kooperativi, "Bərəkət" çörək mağazası, "Pürrəngi" çay evi və s.
İndi paytaxtda və payonlarda heç də az olmayan şadlıq saraylarına verilən adlarla onun məramı arasında çox vaxt uyğunluq tapmaq çətin olur. Məsələn, deyək ki, şadlıq sarayının "Sofiya", "Praqa", "San-Remo" və s. adlandırılması ilə məzmunu arasında hansı uyğunluq var? Doğrudanmı həmin saraylarda süfrəyə bolqar və çex mətbəxinin nümunələri təqdim olunur, yaxud həmin ölkə mədəniyyəti hansısa formada nümayiş etdirilir? Söhbət menyudan gedirsə, eyni və oxşar yeməklər digər saray və toy məkanlarında olduğu kimidir. Son vaxtlaradək paytaxtda fəaliyyət göstərən şadlıq saraylarından yalnız "Kleopatra" və "Planet"də həmin uyğunluğu tapmaq mümkün idi. "Kleopatra"nın divarlarına bütünlüklə Misir mədəniyyəti nümunələri həkk edilib, "Planet"ə qədəm qoyanda isə bir neçə saatlığa da olsa sanki özünü başqa planetdə hiss edirdin.
Təəssüf ki, belə səslənməyən adlardan biri də Mətbuat Şurasının nəzdində fəaliyyət göstərən Ahıl Jurnalistlər Məclisidir. Umumiyyətlə, bu ad necə və haradan doğub? Necə yəni ahıl? Jurnalist yazı masasından çəkilməyibsə, qələmi əlindən düşməyibsə o elə sıradadır, onun nə ahılı, nə cavanı? Yaşı 60-ı adlayan qələm sahiblərini ətrafına toplayan təşkilatda ahıllığı qabartmaq nəyə xidmət edir? Həm də axı niyə 60, tez deyilmi? Söhbət doğrudan da qocalıqdan gedirsə heç olmasa ölkəmizdə qəbul olunan pensiya yaşını nəzərə almaq lazım idi. Hər yerdə insan ömrünün uzadılmağından söhbət getdiyi halda bu senz necə və nəyə əsasən müəyyənləşdirilib? Təşkılat üzvlərinin peşəkarlığı, veteranlığı nəzərdə tutulursa, heç olmasa məhz bu məqamı qabartmaq, vurğulamaq olar, yoxsa ahıl nədir? İnsanın, indiki halda jurnalistin qocalığını üzə vurmaq, başına qaxmaq nə dərəcədə etikdir? Hər halda həyatının böyük bir hissəsini bu sahəyə sərf edən peşə sahiblərinin ictimai təşkilatına daha münasib ad seçilməli idi.
Deyilənə görə, sovet vaxtı Mədəniyyət Nazirliyindən uşaq mahnıları bəstəkarı Rəşid Şəfəqə zəng edərək əməkdar mədəniyyət işçisi adı almaq üçün sənədlərini hazırlamağı tapşırırlar. Rəşid müəllim təəccüblənərək soruşur:
-Axı hələ Oqtay Zülfüqarova bu ad verilməyib...
Nazirlikdən təkid edirlər:
-Sənin başqası ilə nə işin? Biz səni məsləhət bilirik...
Lakin bəstəkar təklifi qəbul etməyərək gözəl bir nümunə qoyur...
Görəsən indi müxtəlif adlar alanların içərisində bircə nəfər də olsun beləsi olubmu?
Televiziya verilişlərinin birində bəstəkar, əməkdar incənət xadimi Cavanşir Quliyevə belə bir sual verdilər": Nəyə görə sizə "Şöhrət" ordeni verilmir?" Bəstəkar həmin suala çox maraqlı bir cavab verdi: "Əgər "Şöhrət" ordeni həqiqətən də şöhrətli adama verilirsə, onda o orden artıq məndə var..."
Əslində ad mərama, əmələ, fəaliyyət sahəsinə, görülən işə və xidmətə görə verilməlidir. İstər müəssisə və təşkilat adı olsun, istərsə də insan...



İmza:

YAZARIN ARXİVİ

2019-03-20 : DEYİMLƏR
2019-03-19 : BİLDİRİŞ
2019-03-15 : Fidanın arzusu
2019-03-15 : QUBA ALMASI...
2019-03-14 : Xocalı fəryadı
2019-03-14 : İSTANBUL QATARI
2019-03-14 : QUBA ALMASI...
2019-03-14 : Təbriz(!!!)...
2019-03-12 : Ağaclar
2019-03-08 : Qərib MEHDİ
2019-03-07 : Xaliq Laçınlı
2019-03-05 : RAHİLƏ DÖVRAN
SON XƏBƏRLƏR
2019-03-24
2019-03-23
2019-03-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Doğrudanmı, əmiqızıyla əmioğlunun kəbinini göydə mələklər kəsir?

Hə (78.43%)
Yox (21.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Birlikdə 50 il ömür sürmüş ər-arvad boşanma üçün hakimin qarşısına çıxırlar. Kişinin 77, qadının 75 yaşı var. Hakim:

- 50 il birlikdə ömür sürmüsünüz, ayıb deyilmi, boşanırsınız?

Kişi əsəbiləşir:

- Yoldaş hakim, neynəyib dözmüşəm, sevmişəm deyə səsim çıxmayıb, amma hayasız qudurub, mən yatandan sonra mənim protez dişlərimi geyinib sarımsaq yeyir!





digər lətifələr
ARXİV
FACEBOOK