adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
09 Mart 2018 18:21
14151
DÜNYA
A- A+

Amerikalı general Putinə cavab verdi: “Ölkənizi məhv edərik”

ABŞ Rusiyanın istənilən hücumuna cavab verə bilər.

Adalet.az "RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putinin Federal Şuraya müraciətini şərh edən ABŞ Silahlı Qüvvələrinin Strateji Komandanlığının sədri, general Con Hayten bildirib.

"Biz istənilən mümkün təhlükələrə hazırıq və heç kimin buna şübhəsi olmamalıdır. Yeri gəlmişkən, onlar bizim sualtı qayıqlarımızın harada olduğunu bilmirlər. Əgər biz bunu istəsək, gəmilər onların ölkələrini məhv etməyə hazırdırlar”, - deyə Hayten vurğulayıb.(azvision.az)