ANA SƏHİFƏ / GÜNDƏM

Daxili Qoşunların hərbi qulluqçuları təltif olundu - SİYAHI

4341    |   2018-03-09 18:16
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Prezident İlham Əliyev Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda bildirilir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının yaradılmasının 26-cı ildönümü ilə əlaqədar olaraq, dövlətin ərazi bütövlüyünün təmin olunmasında iştirak etdiklərinə, döyüş zamanı igidlik göstərdiklərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə aşağıdakı hərbi qulluqçular təltif edilsinlər:

"İgidliyə görə” medalı ilə

Qasımov Yusif Telman oğlu – leytenant (ölümündən sonra)
Abutalıbov Vüqar Elman oğlu – əsgər (ölümündən sonra)

"Hərbi xidmətlərə görə” medalı ilə

Məmmədov Asəf İsgəndər oğlu – polkovnik-leytenant
Bəxtiyarov Dilqəm Xurşud oğlu – polkovnik-leytenant
Qasımov Yunis Nizami oğlu – polkovnik-leytenant
Kazımov Bəhruz Cahangir oğlu – polkovnik-leytenant
Ağacanov Əjdər Məclum oğlu – tibb xidməti polkovnik-leytenantı
Mustafayev Azər Nizami oğlu – mayor
Atakişiyev Kamran Şacəddin oğlu – mayor
Orucov Anar Bəxtiyar oğlu – mayor
Rüstəmov Emil Eldar oğlu – mayor
Tarışov Elnur Aydın oğlu – mayor
Mehdiyev Yusif Nağı oğlu – mayor
Nəhmədov Akif Feyzulla oğlu – mayor
Şahrəliyev Fizuli Zahid oğlu – kapitan
Mahmudov Anar Zahid oğlu – baş leytenant




İmza:
SON XƏBƏRLƏR
2018-06-23
11:09 İNSAN
2018-06-22
17:29 ÜMİD


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Sizcə bu komandalardan hansı çempion olacaq?

Braziliya (36.37%)
Argentina (9.09%)
İspaniya (18.18%)
Almanıya (36.36%)
Fransa (0%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Ermənilərlə bacı-qardaş olduğumuz vaxtlardı. Moskvada Yazıçılar Evinin restoranında Zakir Fəxri yeyib-içir. Bu vaxt bir erməni yazıçı da gəlib onunla bir stolda oturur. Hesab vaxtı gələndə erməninin 20 qəpiyi düşür stolun altına. Erməni əyilib pulu axtarır. Zakir Fəxri dərhal bir iyirmi beşliyi yandırıb tutur stolun altına, erməniyə deyir:

- Kirvə, axtar.

Erməni pərt olur. Restorandan çıxırlar, asılqandan paltolarını götürəndə erməni Zakirin acığına asılqanda işləyən kişiyə bir əllilik verir.

Zakir əlini atır cibinə, görür ki, o qədər pulu yoxdu, əlini yelləyib deyir:

- Brat, paltonu bağışladım sənə, geyinərsən. Mən dünən QUM-dan fransuzski əla bir palto almışam.





digər lətifələr
ARXİV
FACEBOOK