adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
09 Mart 2018 18:12
13828
SİYASƏT
A- A+

Fuad Muradov: “Bu oyunda qalib olmaq əsas deyildi”

Bakıda Azərbaycan Respublikası Milli Məclisinin 100 illik yubileyinə həsr olunan Parlament Komandalararası beynəlxalq futbol turniri keçirilir. Turnirin A qrupunda Azərbaycan və Latviya komandaları üz-üzə gəlib.

Oyun 3-0 hesabı Azərbaycan deputatlarının xeyrinə başa çatıb.

Matçdan sonra jurnalistlərə açıqlama verən Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov deyib ki, bu oyunda qalib olmaq əsas deyildi.

"Oyun iki parlament arasında dostluq münasibətlərinin təzahrü idi. Eyni zamanda, latviyalı deputatlar Cümhuriyyətimizin 100 illik yubileyi münasibəti ilə bizi, parlamentimizi və ölkəmizdə həyata keçirilən islahatları dəstəkləməyə gəliblər. Əslində bu, bir dost yanaşması idi. Çox yaxşı oyun keçdi, əminəm ki, növbəti oyunlar da belə davam edəcək”.