warez script warez forum sanal santral orkide hacklink al Musa Yıldırım Musa Yıldırım Shell indir Adalet.az | Artur Rasi-zadə Levan İzoria ilə Qarabağı müzakirə edib Adalet.az | Artur Rasi-zadə Levan İzoria ilə Qarabağı müzakirə edib Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SİYASƏT

Artur Rasi-zadə Levan İzoria ilə Qarabağı müzakirə edib

7818    |   2018-03-09 18:07
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Martın 9-da Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə ölkəmizdə səfərdə olan Gürcüstanın müdafiə naziri Levan İzoria ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, Azərbaycanla Gürcüstan arasında əməkdaşlığın inkişaf etdirilməsi baxımından yüksək səviyyəli görüşlərin intensivləşdirilməsini zəruri sayan Baş nazir Artur Rasi-zadə qarşılıqlı faydalı əsaslarda həyata keçirilən qlobal layihələrin əhəmiyyətini qeyd edib. O, nəzərdə tutulan sazişlərin uğurla gerçəkləşdirildiyini, istər neft-qaz layihələrinin, istər Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin və digər müştərək fəaliyyətin xalqlarımızın mənafeyinə xidmət etdiyini vurğulayıb. Baş nazir Artur Rasi-zadə iqtisadi-ticarət və mədəniyyət istiqamətləri ilə yanaşı, müdafiə sahəsində əməkdaşlığın da yüksəldilməsinin günün tələbi olduğunu nəzərə çatdırıb. O, müdafiə və müdafiə sənayesi, hərbi təhsil və təcrübə mübadiləsi sahələrində mövcud imkanlardan səmərəli istifadənin zəruriliyinə diqqəti yönəldib.

Dost, qardaş Azərbaycanın Gürcüstana hər zaman dəstək verdiyini məmnunluqla ifadə edən müdafiə naziri Levan İzoria tarixi əlaqələrimizi və müasir strateji əməkdaşlıq amilini nəzərə almaqla ikitərəfli münasibətlərimizin bütün spektr üzrə daha da dərinləşdirilməsinin həqiqətən hər iki tərəf üçün faydalı olması fikrinə həmrəyliyini bildirib.

Regional problemlər, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə fikir mübadiləsi zamanı hər iki tərəf bölgədə sabitliyin saxlanması və iqtisadi inkişafın təmin edilməsi naminə münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinin vacibliyini qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.



İmza:

Milli Məclisin növbəti iclasının GÜNDƏLİYİ

Siyavuş Novruzovdan Əli İnsanova sərt sözlər: “Mələk cildinə bürünüb...”

"Ermənistan işğalı sülh olaraq qəbul edir" - PA rəsmisi

Nazir: "OPEC+ sazişinin uzadılmasına dair qərar iyunda qəbul oluna bilər"

Bu sərəncam ədalət və humanizmin təntənəsidir - SORĞU

Deputat: OPEC+ formatında iclasın Bakıda keçirilməsi mühüm hadisədir

Azərbaycanla Səudiyyə arasında memorandum imzalandı

Nazir: "Azərbaycan və İran birgə beynəlxalq ticarət şirkəti yaradacaq"

İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının energetika nazirini qəbul edib - YENİLƏNİB

Prezident İlham Əliyev OPEC-in baş katibini qəbul edib - YENİLƏNİB

Azərbaycan və İranın gömrük orqanları arasında protokol imzalanıb

Səməd Seyidov: "VII Qlobal Bakı Forumunda müzakirə olunan məsələlər..."

SON XƏBƏRLƏR
2019-03-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Doğrudanmı, əmiqızıyla əmioğlunun kəbinini göydə mələklər kəsir?

Hə (78.57%)
Yox (21.43%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Birlikdə 50 il ömür sürmüş ər-arvad boşanma üçün hakimin qarşısına çıxırlar. Kişinin 77, qadının 75 yaşı var. Hakim:

- 50 il birlikdə ömür sürmüsünüz, ayıb deyilmi, boşanırsınız?

Kişi əsəbiləşir:

- Yoldaş hakim, neynəyib dözmüşəm, sevmişəm deyə səsim çıxmayıb, amma hayasız qudurub, mən yatandan sonra mənim protez dişlərimi geyinib sarımsaq yeyir!





digər lətifələr
ARXİV
FACEBOOK