warez script warez forum sanal santral orkide hacklink al musa yıldırım script indir shell indir logsuz shell mavi orkide Script indir PHP Scriptler Ataşehir Kuaförü Ataşehir Erkek Kuaförü Ataşehir kadın kuaförü Adalet.az | Cenevrə Avtomobil sərgisindən reportaj - 2 Adalet.az | Cenevrə Avtomobil sərgisindən reportaj - 2 Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ŞOU-BİZNES

Cenevrə Avtomobil sərgisindən reportaj - 2

9464    |   2018-03-09 16:40
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

VOLVO V60



Volvonun performanslı modellərini ortaya çıxaran Polestar 2017-ci il ərzində marka olacağını açıqlayıb Volvodan ayrılmışdı. Marka bu ayrılıqdan sonra kataloqlarını yaydığı Polestar 1 modelini Cenevrə Avtomobil sərgisində sərgilədi. Olduqca şux və elegant görünüşlü bir kupe olan Polestar 1 "plug in hibrit” texnologiyasına və 2.0 litrlik 4 silindirli mühərrikə sahib olacaq. Benzinli mühərrik həm turbo, həm də kompressorla işləyəcək, elektrik mühərikləri isə arxa təkərləri hərəkət etdirəcək və 218 at gücü əldə edəcək. İki ədəd elektrikli mühərrikə sahib olan avtomobilin gücü 600 at gücü olacaq.

FERRARİ 488 GTO(PİSTA)



Ferrarinin xüsusi seriyalarından birinin davamı olan 488 Pista, dizaynı,texnologiyası ilə "Engine of The Year” mükafatlı turbo mühərrikinin daha üstün versiyası ilə yollara çıxmağa hazır. Avtomobil Cnevrə Avtomobil sərgisində tanıdıldı və çox diqqət çəkdi.

488 GTB modelinin ən sürətli versiyası olan Pista "FİA dünya endurance çempionatı”ndakı təcrübələrin bəhrəsidir. Avtomobillərin ən çox diqqət çəkən fərqliliyi 488 GTE-də istifadə edilən həfiflədilmiş xüsusiyyətlərin Pistada da həyata keçməyidir. 488 Pista standart 488-dən 90 kiloqram yüngül və cəmi 1280 kiloqram ağırlığındadır. Ferrari 488 Pista 720 at gücündədir. Avtomobil 100 km/saat sürəti 2,85 saniyəyə yığır. Və əlavə olaraq qeyd edək ki, 200 km/saat sürəti isə 7,6 saniyədə yığır.

BENTLEY BENTAYGA HİBRİT



Lüks avtomobil istehsalçısı Bentley ilk dəfə bir SUV istehsal etdi. Avtomobil dizaynı, güclü mühərriki və luks detalları ilə diqqət çəkir. Sərgidə bu avtomobil V8 benzinli və elektrik mühərrikli verisyası ilə tanındı. Şəbəkə elektriki ilə də enerji yığan avtomobil 2018-ci ilin yarısından etibarən satışa çıxarılacaq.

MİSSİON E CROSS TOURİSMO



3 il əvvəl Frankfurt Avtomobil sərgisində tanıdılan Mission E elektrikli mühərrikli konsept avtomobildən sonra Porşe bu modelinnövlərini buraxmağa başladı. Markanın dizayn məsuliyyəti Mixael Mauer "Mission E düşündüyünüzdən daha fərqli və inkişaf etmiş bir modeldir” deyib. 590 at gücündə olan bu maşın 100 km/saat sürəti 3,5 saniyədə yığır.

Türkcədən çevirən Emin Akif


İmza:
SON XƏBƏRLƏR
2019-03-24
2019-03-23
2019-03-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Doğrudanmı, əmiqızıyla əmioğlunun kəbinini göydə mələklər kəsir?

Hə (78.43%)
Yox (21.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Birlikdə 50 il ömür sürmüş ər-arvad boşanma üçün hakimin qarşısına çıxırlar. Kişinin 77, qadının 75 yaşı var. Hakim:

- 50 il birlikdə ömür sürmüsünüz, ayıb deyilmi, boşanırsınız?

Kişi əsəbiləşir:

- Yoldaş hakim, neynəyib dözmüşəm, sevmişəm deyə səsim çıxmayıb, amma hayasız qudurub, mən yatandan sonra mənim protez dişlərimi geyinib sarımsaq yeyir!





digər lətifələr
ARXİV
FACEBOOK