Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | Bakıda daha bir küçə yenidən qurulur Adalet.az | Bakıda daha bir küçə yenidən qurulur Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

Bakıda daha bir küçə yenidən qurulur

6669    |   2018-03-09 17:29
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Xətai rayonu Məhəmməd Hadi küçəsi yenidən qurulur.

Avtomobil Yolları Dövlət Agentliyindən Adalet.az-a verilən məlumata görə, küçə 6 hərəkət zolaqlı olmaqla uzunluğu 4.4 km təşkil edir. Başlanğıcını Qara Qarayev və Babək prospektləri ilə kəsişməsindən götürən küçə Xətai rayonunun intensiv nəqliyyat axını olan küçələri ilə kəsişir. Yol üzərində iki metrostansiya (Əhmədli və H.Aslanov m.st.) və bir-neçə istiqamətdən gələn yolların kəsişdiyi 1 böyük dairə (Ukrayna dairəsi) yerləşir. Bu üzdən Məhəmməd Hadi küçəsi Xətai rayonunun mühüm nəqliyyat arteriyası hesab olunur.

Küçə uzun illər istismar olunduğundan, yolun hərəkət hissəsində çökmələr, sürüşmə xarakterli deformasiyalar əmələ gəldiyindən əsaslı təmirə ehtiyac var idi. Bu isə öz növbəsində prospekt boyu hərəkətdə müəyyən problemlərə səbəb olurdu. Məhz bütün bunlar nəzərə alınaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən prospektin əsaslı şəkildə yenidən qurulması işlərinə başlanıldı.

Təmir-tikinti işləri çərçivəsində küçə boyu 130 min kv.m-dən çox sahədə tam yeni və müasir yol infrastrukturu yaradılır. Layihəyə uyğun olaraq küçə boyu köhnə asfalt-beton örtüyü frezlənərək kənara daşınır, zəruri yeraltı kommunikasiya xətləri yenilənir və ya yolun hərəkət hissəsindən kənara çıxarılır,səth sularının kənarlaşdırılması üçün zəruri olan yerlərdə yeni yağış-kanalizasiya sistemi yaradılır, mövcud sistem isə bərpa olunara işlək vəziyyətə salınır. Aparılan işlər zamanı kommnikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq 84 ədəd yeni baxış qapaqları qoyulacaq, səth sularının axıdılması üçün isə 57 nöqtədə yağış barmaqlıqları quraşdırılacaq.

Bundan başqa küçə boyu yeni piyada səkiləri inşa edilir və mövcud səkilər bərpa olunaraq asfaltlanır, kənarlarına yeni səki daşları düzülür. Ümumilikdə səkilərin kənarlarına 22 min paqon-metrdən artıq yeni səki daşının düzülməsi nəzərdə tutulub.Həmçinin küçəni iki hərəkət istiqamətinə ayırmaq üçün 1 metr enində ayrıcı zolaq inşa edilir. Sutkanın qaranlıq saatlarında küçəni işıqlandırmaqla təhlükəsiz hərəkətin təşkili üçün ayrıcı zolaqda yeni işıq dirəkləri quraşdırılır.

Tikinti layhəsinə uyğun olaraq küçəyə 2 laydan ibarət yeni asfalt-beton örtük döşənir. Asfaltlanma işləri 135 min kv.m sahəni əhatə edəcək. Həmçinin avtobusların ümumi hərəkətə maneə yaratmadan dayanacaqlara giriş-çıxışını təmin etmək məqsədi ilə Məhəmməd Hadi küçəsi boyunca27 ədəd xüsusi "cib”li dayanacaqların yaradılması, 70 ədəd zəruri yol nişanın quraşdırılması və üfüqi nişanlanma xətlərinin çəkilməsi də layihədə nəzərdə tutulan işlərdəndir.

Qeyd edək ki, küçənin təqribən 1 km-lik hissəsində artıq təmir-tikinti işləri tam olaraq yekunlaşdırılıb. Yenidənqurma işlərinin yaxın müddət ərzində yekunlaşdırılması nəzərdə tutulub.



İmza:

Bakı Meriyası Atatürk parkındakı bəzi obyektlərə dəyməyəcək - AÇIQLAMA

Nazir müavini: Azərbaycan baramaya olan tələbatı yerli istehsalla ödəyəcək

Yol polisi texniki baxışa görə sürücülərə MÜRACİƏT etdi - Qaydalar dəyişib

Sabah külək güclənəcək - PROQNOZ

Bakıda bir ay ərzində 2 mindən çox ağac əkildi

Gələn il kişilərin və qadınların pensiya yaşı belə olacaq - CƏDVƏL

Bu il 50 mindən artıq insan işlə təmin olunub

İndiyədək 2338 şəhidin varisinə birdəfəlik ödəmə qərarı təsdiqlənib

Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi

Rövşən Rzayev köçkünləri qəbul etdi

Orta məktəbin həyətində 2 ədəd təlim məqsədli tank əleyhinə mina aşkarlanıb

Hisə verilmiş təhlükəli ət məhsulları hazırlayanlar yaxalandı

SON XƏBƏRLƏR
2018-12-12


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Neftçi"?

"Qarabağ" (50%)
"Neftçi" (50%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Faiq Qismətoğlu xəstəxanaya gəlir. Həkim:

- Özünüzlə yatacaq gətirmisiniz?

- Bəli.

- Sizə lazım olan bütün dava-dərmanları da gətirmisiniz?

- Bəli.

- Bəs, bu yanınızdakı ağ xalatlı kimdi?

- Bu da həkimdi. Dedim, birdən sizdə həkim də olmaz, özümlə gətirdim.





digər lətifələr
ARXİV
FACEBOOK