ANA SƏHİFƏ / MƏDƏNİYYƏT

Musiqili Teatrda həftəsonu nələr olacaq?

10294    |   2018-03-09 16:53
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu dörd tamaşa nümayiş olunacaq.

Adalet.az-ın Azərtaca istinadən verdiyi məlumata görə martın 10-da saat 12:00-da "Hacı-Qara”, saat 19:00-da isə "Nuri-didə Ceyhun” tamaşaları təqdim ediləcək.

Martın 11-də saat 19:00-da isə teatrsevərlər "O olmasın, bu olsun” tamaşasını izləyəcəklər.

Musiqili Teatr həmişə olduğu kimi, bu həftə rusdilli tamaşaçılarını unutmayıb. Belə ki, kollektiv martın 11-də saat 12:00-da balaca tamaşaçılarının görüşünə "Bir dayan canavar” tamaşası ilə gələcək.

Tamaşalarda Xalq Artisti Fatma Mahmudova, Əməkdar artistlər Novruz Qartal, Pərviz Məmmədrzayev, Şövqi Hüseynov, Əzizağa Əzizov, Anton Ferşdant, Ələkbər Əliyev, Əkbər Əlizadə, Svetlana Bulax, aktyorlar Ülviyyə Əliyeva, Nicat Əli, Gülnarə Abdullayeva, Əliməmməd Novruzov və başqaları iştirak edirlər.

Biletləri şəhərin bütün teatr-konsert kassalarından və "ASAN xidmət” mərkəzlərindən əldə etmək olar.




İmza:
SON XƏBƏRLƏR
2018-09-24
2018-09-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Kişi restorana gəlir və ofisianta deyir:
- Mənə 12 qədəh araq gətirin.
Ofisiant gətirir.
- İndi isə xahiş edirəm, birinci və axırıncı qədəhləri götürün.
- Niyə ki?
- Bilirsinizmi, birinci pis gedir, axırıncıda isə mən dəli oluram.




digər lətifələr
ARXİV
FACEBOOK