adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
09 Mart 2018 17:54
13309
DÜNYA
A- A+

Türkmənistanda böhran dərinləşir

Türkmənistanın bir sıra regionlarında iş yerlərinin ixtisarının növbəti dalğası başlayıb.

Adalet.az xəbər verir ki, ixtisarların xüsusilə Aşqabaddakı muzey, mədəniyyət mərkəzləri və kitabxanalarda yaşandığı bildirilib. İxtisar olunanlar sırasında orta məktəb müəllimlərinin də yer alacağı vurğulanıb. Ümumilikdə rəsmi Aşqabad 1000-dən çox iş yerinin ixtisarını nəzərdə tutub.

Qeyd edək ki, Türkmənistanda iş yerlərinin ixtisarı keçən ilin yazından başlayıb. Mütəxəssislər bu ixtisarların ölkədəki maliyyə böhranı ilə bağlı olduğunu bildiriblər.