Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | Mehriban Əliyeva yapon müşavirlə görüşüb Adalet.az | Mehriban Əliyeva yapon müşavirlə görüşüb Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

Mehriban Əliyeva yapon müşavirlə görüşüb

9333    |   2018-03-09 16:06
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycanın I vitse-prezidenti Mehriban Əliyeva Yaponiya baş nazirinin xarici siyasət məsələləri üzrə müşaviri Tomohiko Taniguçi ilə görüşüb.

Adalet.az xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva Yaponiya Baş nazirinin xarici siyasət məsələləri üzrə müşaviri Tomohiko Taniguçinin ölkəmizə səfərinin ikitərəfli əlaqələrin möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini ifadə etdi. Keçən il Azərbaycan ilə Yaponiya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinin qeyd edildiyini deyən Birinci vitse-prezident ölkələrimiz arasında bütün sahələrdə dostluq və qarşılıqlı marağa əsaslanan əməkdaşlığın mövcud olduğunu vurğuladı. Azərbaycanın və Yaponiyanın iqtisadi, siyasi və humanitar sahələrdə əməkdaşlığı uğurla inkişaf etdirdiklərini bildirən Mehriban Əliyeva bu sahələrdə böyük potensialın olduğunu dedi, Azərbaycan ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının fəaliyyətini yüksək qiymətləndirdiyini diqqətə çatdırdı.

Energetika sahəsində çox uğurlu əməkdaşlıq aparıldığını deyən Mehriban Əliyeva Yaponiyanın iki böyük şirkətinin - "IMPEX” və "ITOCHU” şirkətlərinin uzun illərdir ölkəmizdə səmərəli fəaliyyət göstərdiyini və "Azəri-Çıraq-Günəşli” neft yataqlarının işlənilməsində fəal iştirak etdiyini vurğuladı. Azərbaycanın Birinci vitse-prezidenti bildirdi ki, dünyanın ən inkişaf etmiş iqtisadiyyatlarından birinə malik olan Yaponiyanın informasiya, inşaat texnologiyaları və nəqliyyat sahələrindəki təcrübəsi böyük maraq doğurur.

Mehriban Əliyeva siyasi, iqtisadi sahələrdə uğurlu əməkdaşlıq əlaqələrini vurğulayaraq humanitar sahədə münasibətlərin daha da genişləndirilməsinin vacibliyini bildirdi, xalqlarımızın bir-birini daha yaxşı tanıması üçün bu sahənin əhəmiyyətini qeyd etdi. "Mədəniyyət sahəsində daha sıx əməkdaşlıq əlaqələrimizin daha da genişlənməsinə xidmət edəcək”, - deyən Birinci vitse-prezident qarşılıqlı mədəniyyət günlərinin keçirilməsinin əhəmiyyətindən danışdı. Turizmin inkişafının ölkəmiz üçün prioritet olduğunu deyən Mehriban Əliyeva bildirdi ki, Azərbaycan yeni istiqamət kimi Yaponiya turistləri üçün də maraqlı ola bilər. Təhsil sahəsində əməkdaşlıqdan danışan Mehriban Əliyeva Yaponiyanın ali məktəblərində 20 azərbaycanlı tələbənin oxuduğunu, Azərbaycanın ADA və Yaponiyanın Osaka universitetləri arasında Anlaşma Memorandumunun imzalandığını bu sahədə uğurlu əməkdaşlıq kimi dəyərləndirdi.

Yaponiya Baş nazirinin xarici siyasət məsələləri üzrə müşaviri Tomohiko Taniguçi ölkələrimiz arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğunu dedi. O, Yaponiya üçün Azərbaycanla münasibətlərin önəmli olduğunu qeyd etdi. Son illərdə ölkələrimiz arasında geniş əməkdaşlığın qurulduğunu və bu əlaqələrin bir çox sahələri əhatə etdiyini deyən qonaq energetika sahəsindəki əməkdaşlığın əhəmiyyətini vurğuladı. Tomohiko Taniguçi ölkəmizə səfəri zamanı Azərbaycan haqqında bir çox məlumatlar əldə etdiyini də diqqətə çatdırdı.




İmza:

Məmmədyarov moldovalı həmkarı ilə görüşdü

Zakir Həsənov NATO generalı ilə Qarabağı müzakirə edib

İlahiyyat İnstitutunda “Azərbaycanda sufilik” mövzusunda “dəyirmi masa” keçirilib

Sabah Bakıda QDİƏT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək

Prezident İlham Əliyev keniyalı həmkarını təbrik edib

Azərbaycan və Aİ nəqliyyatın bütün növləri üzrə əməkdaşlığı müzakirə edəcək

Məhkəmə piyadanın ölümündə təqsirləndirilən sürücüyə bəraəti qüvvədə saxladı

Azərbaycanın 6 ölkədə xarici turizm nümayəndəlikləri fəaliyyətə başlayacaq

İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

«ÖRTÜLÜ QAYNAYIR QAZANLAR HƏLƏ»

VALLAH, MƏN ÖLMƏMİŞƏM

Daşınmaz əmlak kreditləri manatla veriləcək

SON XƏBƏRLƏR
2018-12-13


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Arsenal"?

"Qarabağ" (100%)
"Arsenal" (0%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Faiq Qismətoğlu xəstəxanaya gəlir. Həkim:

- Özünüzlə yatacaq gətirmisiniz?

- Bəli.

- Sizə lazım olan bütün dava-dərmanları da gətirmisiniz?

- Bəli.

- Bəs, bu yanınızdakı ağ xalatlı kimdi?

- Bu da həkimdi. Dedim, birdən sizdə həkim də olmaz, özümlə gətirdim.





digər lətifələr
ARXİV
FACEBOOK