ANA SƏHİFƏ / MƏMLƏKƏT

“Dünya və axirət qadınlarının zinəti” adlı elmi-bədii tədbir keçirilib

6196    |   2018-03-09 11:47
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

8 mart 2018-ci ildə Bakı İslam Universitetində İslam Peyğəmbərinin əziz qızı Xanım Fatimeyi-Zəhranın mövluduna və Beynəlxalq Qadınlar Gününə həsr olunmuş böyük tədbir keçirildi. Tədbir universitetin Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə gənclərin hazırladığı proqram üzrə baş tutdu. İlk növbədə TGT-nin sədri Qorxmaz Paşayev və sədr müavini İlgün Yunusova tədbir iştirakçılarını salamlayaraq hər kəsi təbrik etdilər. Tədbir universitetin tələbəsi Ceyhun Abışov tərəfindən Qurani-Kərimin tilavəti və Azərbaycan Respublikasının Dövlət himninin oxunması ilə başladı. Sonra aparıcılar Elnarə Həsənova və Ziya Yaqubzadə tədbir haqqında məlumat verdi. Tədbir elmi və bədii olmaqla iki hissədən ibarət oldu.

İlk elmi məruzə ilə TGT-nin sədr müavini İlgün Yunusova "Həzrəti Fatimeyi-Zəhra (s.ə)-nın timsalında islamda qadının yeri” mövzusunda çıxış edərək, islam dininin təşəkkül tapması ilə qadınların cəmiyyətdəki rolunun və əhəmiyyətinin artırıldığını, onlara layiq olduğu qiymətin verildiyini vurğuladı. Məruzəçi Xanım Zəhranın dünya qadınlarına öz əxlaqı və gövhərə bənzər dəyərləri ilə bir nümunə olduğunu qeyd etdi.

TGT-nin üzvü Nərminə Quliyeva isə "Qadınlıq örnəyi: Hz.Fatimə (s.ə)-nın şəxsiyyəti” adlı məruzəylə çıxış etdi. Məruzəçi Xanım Fatimənin (s.ə) bir müsəlman qadın kimi keyfiyyətlərindən, həyat yolundan və fəzilətlərindən bəhs etdi. Həmçinin xanımın adlarının mənalarını ayrı-ayrılıqda qeyd edərək onun uca məqamını geniş şəkildə izah etdi.

Universitetin tələbəsi Şərqiyə Salmanovaisə "Qadın hüquqlarının qorunmasında dini maarifləndirmənin əhəmiyyəti” mövzusunda çıxış etdi. Məruzəçi hər bir sahədə olduğu kimi dini maarifləndirmənin qadın hüquqlarının qorunmasında, onlara qarşı zorakılıq, etinasızlıq hallarının baş verməməsindəvə haqlarının təmin edilməsində xüsusi əhəmiyyətini qeyd etdi.

Sonra tədbirin bədii hissəsində universitetin tələbələri Xədicə Ağayeva, Mirəli Talıbzadə, Xeyransa Şahbazova, Zəkiyyə Heybətova tərəfindən qəzəl, monoloq və şeir səsləndi. Bədii hissənin sonundauniversitetin tələbələri tərəfindən hazırlanan "Ananın duası” adlı ibrətamiz səhnə nümayiş etdirildi.

Daha sonra söz tədbirin hazırlanmasında və ərsəyə gəlməsində xüsusi xidmətləri olan universitetin kafedra müdiri siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışınskiyə verildi. E.Talışınski öz növbəsində bu mötəbər tədbirdə çıxış edən bütün tələbələrinə öz minnətdarlığını bildirdi və gənclərin həqiqətən də layiqli, vətənpərvər, hər zaman davranışlarında dövlətçilik ənənələrindən çıxış edən Azərbaycan gəncləri olduqlarınıqeyd etdi.

Həmçinin tədbirdə ATGTİ-nin Tələbə Gənclər Təşkilatı ilə iş departamentinin direktoru Ləman Cavadova da çıxış edərək Bakı İslam Universitetinin gənclərinin fəal və olduqca istedadlı olduqlarını, TGT-nin təşkil etdiyi tədbirin yüksək səviyyədə keçdiyini vurğulayaraq universitet rəhbərliyinə öz təşəkkürünü bildirdi. Bununla yanaşı ATGTİ tərəfindən TGT-lərə verilən dəyərin, dəstəyin, qayğının həmişə mühüm vəzifə olduğunu xüsusilə qeyd etdi və bu istiqamətdə görülən işlər barədə məlumat verdi.

Tədbirdə iştirak edən İrəli İctimai Birliyinin insan resusları katibliyinin məsul əməkdaşı Gülər Hümbətova ilk növbədə 8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə xanımları təbrik etdi. Daha sonra tələbələrin çox maraqlı çıxışlar etdiyini, təşkil olunan tədbirin olduqca əhəmiyyətli və təqdirəlayiq olduğunu qeyd etdi. O, həmçinin İrəli İctimai Birliyinin hər zaman gənclərə dəstək olduğunu və bunun üçün çalışdıqlarını bildirdi.

Akademi Group Xaricdə təhsil mərkəzinin mütəxəssisi Gülmirə Museyibova tədbirin həqiqətən də vacib məsələyə həsr olunduğunu və BİU-nun gənclərinin çıxışlarının çox maraqlı olduğunu qeyd etdi.

Sonda Universitet rəhbərliyi tərəfindən çıxış edən gənclərə xatirə hədiyyələri təqdim olundu.




İmza:
SON XƏBƏRLƏR
2018-06-18
2018-06-16
2018-06-15
2018-06-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Sizcə bu komandalardan hansı çempion olacaq?

Braziliya (33.33%)
Argentina (16.67%)
İspaniya (0%)
Almanıya (50%)
Fransa (0%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Zakir Fəxri axşam maşını blokun qabağında saxlayır, pəncərəsinə də bir kağız yazıb yapışdırır ki, maşının radiosu yoxdu, maqnitofonu yoxdu, motoru yoxdu, mobil telefonu da özümlə götürmüşəm.
Səhər gəlib görür ki, kağıza yazıblar ki, "Ta onda təkərləri nəyinə lazımdı ki?!




digər lətifələr
ARXİV
FACEBOOK