adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

İsa çarmıxa çəkilməsəydi... - Eminquey Akifdən yeni şeir

8475 | 2018-03-09 18:00

Adalet.az şair Eminquey Akifin yeni şeirini təqdim edir.



İsa çarmıxa çəkilməsəydi, 
bilməyəcəkdik,
biçarədi,
mıxlanan qolları, ayaqları
Allahın hər yerdə olduğuna işarədi.

sonra Gün kimi batdı,
sonra bir də doğulmadı İsa.

Musa gəlməsəydi,
bilməyəcəkdik,
Allahın çomağı var,
ayırır sevdiklərimizlə yollarımızı
dənizlər kimi.

Məhəmməd gəlməsəydi,
bilməyəcəkdik,
hörümçəklər tək adamların cangüdənidi,
Allah - Musanın çomağıdı,
Məhəmmədin hörümçəyidi,
İsanın bədənidi.

sonda
heç vaxt hörümçəkləri öldürməyən adam
çomağa söykənib
İsanı gözlədi.

sonra Gün kimi batdı,
sonra bir də doğulmadı adam....

TƏQVİM / ARXİV