Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | Göyçayın 14 kəndinə içməli su verilib Adalet.az | Göyçayın 14 kəndinə içməli su verilib Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

Göyçayın 14 kəndinə içməli su verilib

5937    |   2018-03-09 16:03
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Prezidentin 17 mart 2017-ci il tarixli Sərəncamına uyğun olaraq Göyçay rayonunda həyata keçirilən layihə uğurla yekunlaşıb.

"Azərsu” ASC-dən Trend-ə verilən məlumata görə, layihə çərçivəsində rayonun 14 kəndində yeni içməli su təchizatı infrastrukturu yaradılıb.

Göyçay rayonunun Bığır kəndində keçirilən açılış mərasimində rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə regionların sosial iqtisadi inkişafı proqramı çərçivəsində Göyçay rayonunda icra olunan layihələrdən danışıb. Bildirib ki, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində kəndlərdə həyata keçirilən içməli su layihələri ölkə rəhbərliyinin regionların inkişafına göstərdiyi xüsusi diqqətin bariz nümunəsidir.

"Azərsu” ASC-nin sədr müavini Seymur Seyidov Göyçay şəhərində içməli və kanalizasiya layihələrinin uğurla yekunlaşdığını bildirib. Göyçay şəhər sakinlərinin fasiləsiz içməli su ilə təmin olunduğunu xatırladan sədr müavini qeyd edib ki, növbəti mərhələdə içməli su təchizatının yaxşılaşdırılması layihələri rayonun kəndlərində icra olunub. Ümumilikdə 170 kəndi əhatə edən layihələr çərçivəsində kəndlərdə su təchizatı infrastrukturları yaradılıb və bu sahədə işlər 2018-ci ildə də davam etdiriləcək.

Qeyd edək ki, "Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Prezidentin Sərəncamına uyğun olaraq Göyçay rayonunun Müskürlü, Çaxırlı, Yenikənd, Kürdşaban, Məlikkənd, Mollahacılı, İnçə, Aşağı Qaraməryəm, Alxasava, Çayarxı, Qarabaqqal, Hacılıkənd, Bığır və Alpout kəndlərində içməli su təchizatı layihələri həyata keçirilib. Bu kəndlərdə 63 km su xətləri çəkilib və əhalinin ümumi istifadəsi üçün 145 ədəd bulaq quraşdırılıb. Göyçay rayonunun 14 kəndində icra olunan layihələr ümumilikdə 40 min nəfərdən artıq sakinin içməli su təminatının yaxşılaşdırılmasına imkan yaradıb.

"Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Sərəncama uyğun olaraq 28 rayonun 170 yaşayış məntəqəsində yeni su təchizatı sistemləri yaradılıb və bu layihələrdən 271 mindən artıq sakin faydalanır.




İmza:

Bakı Meriyası Atatürk parkındakı bəzi obyektlərə dəyməyəcək - AÇIQLAMA

Nazir müavini: Azərbaycan baramaya olan tələbatı yerli istehsalla ödəyəcək

Yol polisi texniki baxışa görə sürücülərə MÜRACİƏT etdi - Qaydalar dəyişib

Sabah külək güclənəcək - PROQNOZ

Bakıda bir ay ərzində 2 mindən çox ağac əkildi

Gələn il kişilərin və qadınların pensiya yaşı belə olacaq - CƏDVƏL

Bu il 50 mindən artıq insan işlə təmin olunub

İndiyədək 2338 şəhidin varisinə birdəfəlik ödəmə qərarı təsdiqlənib

Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi

Rövşən Rzayev köçkünləri qəbul etdi

Orta məktəbin həyətində 2 ədəd təlim məqsədli tank əleyhinə mina aşkarlanıb

Hisə verilmiş təhlükəli ət məhsulları hazırlayanlar yaxalandı

SON XƏBƏRLƏR
2018-12-12


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Neftçi"?

"Qarabağ" (50%)
"Neftçi" (50%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Faiq Qismətoğlu xəstəxanaya gəlir. Həkim:

- Özünüzlə yatacaq gətirmisiniz?

- Bəli.

- Sizə lazım olan bütün dava-dərmanları da gətirmisiniz?

- Bəli.

- Bəs, bu yanınızdakı ağ xalatlı kimdi?

- Bu da həkimdi. Dedim, birdən sizdə həkim də olmaz, özümlə gətirdim.





digər lətifələr
ARXİV
FACEBOOK