Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | İran filmləri qadağalara və tabulara qarşı Adalet.az | İran filmləri qadağalara və tabulara qarşı Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MARAQLI

İran filmləri qadağalara və tabulara qarşı

11456    |   2018-03-09 14:32
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İran filmi 1930-cu illərdən bəri senzuranın, təzyiqlərin və hətta sürgünlərin pəncəsində var olmağa çalışır və bunu yaxşı da bacarır. İran filmlərinin hədəfi birbaşa insanlar və onların həyatını ön plana çəkməkdir.

İran filminin tarixi bütün dünyada olduğu kimi, yəni 1904-cü ildə Tehrandakı ilk film salonunun açılışına qədər gedib çıxır. Həmin zamanlarda İran xalqı film sənətinin ilk əsərlərinə böyük maraq göstərirdi. Amma İranın öz milli filmini ortaya çıxarmağına yarım əsr var idi.

1925-ci ildə ilk film məktəbinin açılışı ilə İran filmi sürətlə inkişaf etməyə başladı. O gündən bugünə kimi film İran üçün millətlərarası arenada bir təmsilçiyə çevrilib. Nəhayət, İran filmi cəzbedici, xaotik, duyğusal və təsirli bir film halına gəlib çıxdı. İtaliyalı yeni realist axınından təsirlənən İranlı film çəkənlər bir-birilərinin arxasınca dünya film tarixinə əla filmlər miras qoymağa başladılar.

Qara ev – Füruğ Fərruxzad  (1963)


Cüzam xəstəsi olduqları üçün cəmiyyət tərəfindən tərk edilmiş bir qism insanın həyat hekayəsindən bəhs edən qısametrajlı sənədli film olan "Qara ev”, çevrilişdən sonra İran filminə yeni bir dalğa gətirdi. 1961-ci ildə qurulan ilk cüzam kaloniyası Behkadeh Raji-də əzab-əziyyətli bir vəziyyətdə xoşbəxtliyin kiçik şeylərdə olmağından bəhs edir. İki qız  bir-birilərinin saçlarını darayır, başqa bir adam küçənin ortasında ayaqyalın rəqs edir, uşaqlar əllərindəki dəyənəklərlə oyunlar oynayır. Yəni bu cüzam xəstəsi olan adamlar nə qədər də cəmiyyət tərəfindən tərk edilsələr də, onların da yaşamalı olduqları bir həyatları var.

Filmi İncildən, Qurandan və öz yazdığı yazılardan seçdiyi hissələri səsləndirib filmə məna yükü verən Fərruxzad çəkib. Fərruxzad həm də şairdir. Hətta  əksər adamalr üçün Fərruxzad İranın bu günə kimi yaşayan ən böyük və ən yaxşı qadın şairidir. Çünki o bütün qadağalara və tabulara qarşı çıxıb mövzusu  arzular, sevgi və qadın baxışı olan şeirlər yazıb. İran ədəbiyyatında kişi şairlərin dominantlığına baxmayaraq bu cür gözəl qadın şair olmaq asan iş deyil. Təəssüf ki, hələ 32 yaşında ikən maşın qəzasında dünyasını dəyişən Fərruxzadın İran film tarixində cəmi bircə filmi qaldı, o da "Qara ev”.

Kərpic və ayna – İbrahim Gülüstan (1965)


İbrahim Gülüstanın ilk işi olan bu film bir taksi sürücüsünün arxa oturacağındakı körpənin fərqinə varması ilə başlayır. Filmin qalan hissəsi taksi sürücüsünün və sevgilisinin bu körpənin anasını axtarmağı ilə davam edir. Qaranlıq və təsirli bir əsər olan bu film İran filminin bugünə kimi ən çox toxunduğu mövzulardan birinə toxunur. Əxlaqi dilemmalar və sosial qayğılar. Həyatımızın  hər vaxtında rastlaşa biləcəyimiz bu vəziyyət İran filminin mövzusuna çevrilən daha  real və təsirli nümunələrlə gözümüzün qarşısından canlanır. Körpəni anasına qovuşdurmağa çalışan sürücü və sevgilisi həm də bir-birilərini kəşf etməyə başlayırlar.

Fellini və Antononi filmləri ilə müqayisə olunan bu film İtaliyanın yeni realist atmosferinə nisbətən daha radikal olmağı ilə fərqlənir. Bu filmə baxanda adam elə bilir ki, filmdəki obrazlarla əvvəllər haradasa rastlaşıb. Gülüstanın özünəməxsusluğu, duyğusal dürüstlüyü bu filmi daha da qüvvətli edir.Cinsiyyət və cəmiyyət qavrayışlarına daha azad çərçivədən baxışı, özündən sonrakı İran filmlərinə ilham mənbəyi olan Gülüstanın bu filmi tarixin ən vacib İran filmlərin biri olaraq göstərilir.

Cənnətin rəngi – Məcid Məcidi (1999)

Məcid Məcidinin bu uzunmetrajlı filmində səkkiz yaşlı kor uşaqla tanışlığım mənə çox təsir elədi. Atası Haşim, iki bacısı və nənəsi ilə balaca bir kənddə yaşayan Məhəmmədin atası ilə münasibətlərinə köklənən bu filmdə Haşimin arvadının ölümündən sonra yenidən evlənmək arzusu da onların ata-bala münasibətinə çox böyük təsir göstərir. Haşim yeni arvadının oğlu Məhəmmədin kor olmasını yaxşı qəbul etməyəcəyindən qorxub oğlunun kor olduğunu arvadından gizlədir. Atası hər şeyi fikirləşərək oğlunu kör bir dülgərin yanına göndərir ki, oğluna dülgərliyi öyrətsin.

1998-ci ildə xarici dildə ən yaxşı film kateqoriyasında Oskara namizdə göstərilən bundan əvvəlki filmi olan "Cənnətin uşaqları” adlı filmi ilə müqayisə "Cənnətin rəngi” adlı bu filmi ata-oğul münasibətləri ilə beynimizi daha çox yoran film kimi görünür. Bu filmi Fellinin "La Strada” filmi ilə müqayisə edirlər. Bu filmdə rol alan bütün aktyorlar öz obrazlarını çox gözəl bir şəkildə oynayıb tamaşaçıları valeh edirlər. Baxmağınız məsləhətdir.

 

Tısbağalar da uçar – Bəhmən Qodabi (2004)


Bəhmən Qodabiçəkdiyi bu filmə belə rəy verir:

"Filmimi diktator və faşistlərin siyasətlərinə qurban edilən dünyanın bütün məsum uşaqlarına ithaf edirəm”.  2000-ci ildə çəkdiyi "Sərxoş atlar zamanı” filmi Kaan film festivalında "Qızıl kamera” mükafatına layiq görülən Bəhmənin bu filmi də əvvəlkilər kimi müharibənin ortasında əziyyət çəkən uşaqları ön plana çəkir. Film İraq müharibəsindən sonra çəkilən ilk İraq filmidir və Amerikan işğal qüvvətlərinin də dəstəyini aldığı deyilir.

"Qurbağa” bu filmdə Kürd diasporunu ifadə edir. Müharibəyə meyilli ölkələrə qarşı içimizdə olan antipatiyaya meydan oxuyan bu film kürdlərin Türkiyə və İraq arasında qalmış, müharibənin içinə atılmış, köç və soyqırım təhlükəsilə üz-üzə qalıb yaşamaq uğrundan mübarizəsindən bəhs edir.

Peyk ləqəbli bir uşağın liderlik etdiyi bir qrup uşağın müharibə zonasındakı minaları təmizləyib Birləşmiş Millətlər birliyinə satması bizim öz isti evimizdə oturub rahat-rahat baxdığımız bu filmin cansıxıcı da olsa əsas mövzusudur. Bu uşaqların hərəsi yara almış və yaşamağa çalışan minlərlə adını bilmədiyimiz uşaqları təmsil edir. Onların cəzası istəmədikləri və başa düşmədikləri bir müharibəin ortasında doğulmaqdan başqa bir şey deyil. "Tısbağalar da uçar” adlı bu film müharibə və uşaqlar mövzusunda çəkilmiş ən təsirli filmlərdən biridir.

Bir nəfəsə dayanmadan, ard-arda baxdığım bu filmlər haqqında geniş təhlil yazmaq istəmədim. Çünki bunu filmşünasların işidir. Amma ən azından bu yazı ilə sizə çatdırmaq istədim ki, İran filmi ilə daha yaxından maraqlanmağınız yaxşı olardı. Bu filmlərə baxmamış ölmək günah olar.



İmza:Emin Akif
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı
SON XƏBƏRLƏR
2018-12-09
2018-12-08
11:24 ZƏRURƏT
00:53 KƏMALƏ


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (61.54%)
Qaynana (38.46%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Ata uşağı yatırtmaq üçün uşaqla bir yerdə uzanır. Müəyyən qədər vaxt keçəndən sonra ana başını qapıdan içəri salıb yavaş səslə atadan soruşur:
- Nə oldu, yatdı?
Uşaq:
- Hə ana, yatdı...




digər lətifələr
ARXİV
FACEBOOK