adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
09 Mart 2018 14:29
9303
MƏMLƏKƏT
A- A+

NÜMUNƏVİ QADIN SÜRÜCÜLƏR MÜKAFATLANDIRILDI

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə şəhərin beş yerində – Bakı Nəqliyyat Agentliyinin yanında, Dəniz limanında, Qoşa Qala qapısında, Beşmərtəbədə və «Azneft» meydanında nümunəvi qadın sürücüləri saxlayaraq onlara qiymətli hədiyyələr verib. Həmin hədiyyələri 21 özəl qurum təşkil edib. Onların arasında «At çiçəyim», «Gül dünyası», «Azərsun Holdinq», «Behrut», «Şahdağ», «Bravo», «İdeal» və digər özəl qurumlar olublar. Bu hədiyyələrin arasında müxtəlif gül çələngləri, porfimeriyadan kosmetik vasitələr, ödənişsiz şam yeməyi üçün kuponlar, icbari sığorta sənədləri, bonus kartı və digər hədiyyələr olub.

Tədbirdə Bakı Şəhər Baş Polisi İdarəsnin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov, bölmənin baş inspektoru, polis polkovnik-leytenantı Rasim Abdulayev, bölmənin inspektoru, polis leytenantı Vüsal Nağıyev iştirak ediblər. Polis polkovniki Vaqif Əsədov bildirib ki, bu tədbir çox möhtəşəm keçib. Çünki həmin tədbirdə 200-dən çox nümunəvi qadın sürücüyə hədiyyələr bağışlanıb. Bununla yanaşı, Qoşa Qala qapısının yanında və «Azneft» meydanında ölkəmizə turist səfərinə gəlmiş xarici xanım qonaqlar da diqqətdən kənarda qalmayıb. Belə ki, yol polisi və eləcə də bu tədbirdə iştirak edən özəl qurumlar xarici qonaqlara hədiyyələr və gül dəstəsi veriblər.

Bir sözlə, 8 Mart Beynəlxalq Qadınlar Günündə nümunəvi qadın sürücülərin heç biri yol polisinin diqqətindən kənarda qalmayıb. Hətta tədbir zamanı Mənzil Kommunal Təsərrüfatı Birliyinin bir neçə xanım işçisi də yol polisi tərəfindən mükafatlandırılıb.