adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
09 Mart 2018 12:42
11036
İDMAN
A- A+

Çempionlar Liqasında yeni rekord

"Mançester Siti” Çempionlar Liqasında yeni rekorda imza atıb.

Qol.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, "şəhərlilər” bir oyundakı ötürmələrin sayına görə rekord göstərici ilə yadda qalıb.

Xosep Qvardiolanın komandası ÇL-in 1/8 final mərhələsinin "Bazel”lə cavab oyununda 978 ötürmə edib ki, bu da turnirdə yeni göstəricidir.

Qeyd edək ki, "Mançester Siti” martın 4-də İngiltərə Premyer Liqasının 29-cu turunda "Çelsi” ilə oyunda da 902 ötürmə ilə ölkə çempionatında yeni rekord müəyyənləşdirmişdi.