adalet.az header logo
  • Bakı 13°C
09 Mart 2018 12:20
11726
İDMAN
A- A+

Bakıda deputatların futbol yarışına start verilir

Bu gün "Azərbaycan Respublikası Milli Məclisinin 100 illik yubileyinə həsr olunan Parlament Komandalararası beynəlxalq futbol turniri”nə start verilir.

Adalet.az xəbər verir ki, turnir Azərbaycan Milli Məclisinin, Türkiyə Böyük Millət Məclisinin, Uklrayna Ali Radasının, Polşa və Latviya Seymlərinin komandalarının iştiraklı ilə martın 9-11-də Bakıda keçiriləcək.

Oyunun əsas məqsədi parlament diplomatiyasına töhfə vermək, Azərbaycanın idman siyasətini tətbiq etməklə ölkənin mövqeyini beynəlxalq arenada möhkəmləndirmək, tanıtmaqdır. Bununla əlaqədar Milli Məclisdə parlamentin Gənclər və idman komitəsi ilə Türkiyə və Latviya parlametnlərinin müvafiq komitələri arasında Anlaşma Memorandum imzalanıb.

Bu gün baş tutacaq ilk oyunla turnirə strart veriləcək.

Qeyd edək ki, turnir Azərbaycan Prezidenti İlham Əliyevin "Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi haqqında imzaladığı sərəncama uyğun olaraq keçirilir.