ANA SƏHİFƏ / HÜQUQ

Fədayə Laçın “Qoca” ilə qaçan məhbusla üzləşdirilib?

26534    |   2018-03-09 12:18
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Fədayə Laçının işi ilə bağlı gələn həftə Baş Prokurorluğa və digər instansiyalara müraciət edəcəyik. Biz istintaqın tezliklə yekunlaşdırılmasını istəyirik”.

Bu barədə müğənninin vəkili Türkəl Süleymanlı bildirib.

"Neçə müddətdir ki, istintaq davam edir. Hələ də hansısa bir yenilik yoxdur. Hər şey araşdırılıb. Hesab edirəm ki, istintaq yekunlaşdırılmalıdır”.

Ötən həftə F.Laçınla görüşdüyünü deyən vəkil onun səhhətinin yaxşı olduğunu söyləyib: "Ötən həftə Fədayə xanımla görüşdüm. Səhhəti pis deyil, sadəcə istintaqın uzadılmasından narazıdır”.

T.Süleymanlı F.Laçının "Qoca” ləqəbli Etibar Məmmədovla birgə qatardan qaçan məhbus Əli Ağami ilə üzləşdirilməsi məsələsinə aydınlıq gətirərək bildirib ki, F.Laçın heç kimlə üzləşdirilməyib.

Xatırladaq ki, 2017-ci ildə oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanılan cinayət işi üzrə F.Məmmədova təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə F.Laçın barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.(azvision.az)



İmza:

Fədayə Laçının məhkəməsi təxirə düşdü - SƏBƏB?

Bakıda 19 nəfəri aldadan bağça müdiri və müavinlərinin məhkəməsi başladı

Baş Prokurorluq həbs olunmuş MTN generalları ilə bağlı məlumat YAYDI

Fədayə Laçının məhkəməsinə 50-yə yaxın əlavə şahidin çağırılması tələb olundu

Fədayə Laçınla birlikdə saxlanılan qızın üstündəki 800 dollar yoxa çıxıb

İlhamə Quliyevanın oğlunun həbsinin - TƏFƏRRÜATI

Prokuror Bakıda piyadanı vurub öldürən dünya çempionuna 7,6 il cəza istədi

Evə girəndə gördük ki, oğru oturub araq içir - MƏHKƏMƏ

Fədayənin məhkəməsində şahid: Gördüm ki, pəncərə açıqdır, həmin vaxt artıq dustaqlar qaçmışdı

Narkoloji Mərkəzdəki yanğınla bağlı zərərçəkmiş: Sanki xəstələrə yüksək doza vurmuşdular

Ramin Hacılının həbs müddəti uzadıldı

Prokuror özünü MTN əməkdaşı kimi təqdim edən dələduza 8,6 il cəza istədi

SON XƏBƏRLƏR
2018-10-24
2018-10-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qadın hirslə ərinə zəng edir:
-Hansı cəhənnəmdəsən indiyə qədər? Saat neçədir xəbərin var?
-Əzizim, o heç vaxt unutmadığın qeyri-adi üzük olan zərgərlik dükanı var idiye. O vaxt pulum olmadı, ala bilmədim sənə. Dedim ki, eybi yox, pulum olan kimi ilk işim bu üzüyü sənə almaq olacaq. Yadındadır? Qadın yumşalır və həyəcandan titrəyən səslə:
- Hə, əzizim, əlbəttə yadımdadır. Heç xatırlamaz olarammı?
- Bax o dükanın yanındakı çayxanada uşaqlarla domino oynayıram, bir azdan gələcəm.




digər lətifələr
ARXİV
FACEBOOK