ANA SƏHİFƏ / MƏMLƏKƏT

Bayıldan köçürülən bütün ailələrə kirayə pulu verilib - İcra Hakimiyyəti

5061    |   2018-03-09 11:12
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Bayıl yamacında sürüşmə nəticəsində evlərinə ziyan dəyən 98 ailənin hamısına kirayə pulu ödənilib”.

Bu barədə Səbail rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini İsrafil Kərimov bildirib.

İcra rəsmisi dəyib ki, 11 ay ərzində aylıq kirayə pulları sakinlərin hesablarına yerləşdiriləcək: "Ailə tərkibindən asılı olaraq kirayə haqları dəyişir. Nazirlər Kabinetinin normativlərinə əsasən ailə tərkibi 1-5 nəfər olanlara 200 manat, 6-7 nəfər olanlara 250 manat, 7 nəfərdən çox olanlara isə 300 manat ödənilir. Sürüşmə ərazisində post qoyulub, heç kim əraziyə buraxılmır. Vətəndaşların evdə nələri qalıbsa onu qoruyurlar”.

Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə Bayıl yamacında sürüşmə təhlükəsi ilə bağlı ərazidən köçürülən 98 ailəyə 11 ay ərzində müvəqqəti yerləşdiyi mənzillər üçün kirayə haqqının ödənilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin Ehtiyat fondundan Səbail Rayon İcra Hakimiyyətinə vəsait ayrılıb, vəsaitin bank vasitəsi ilə həmin ailələrə ödənilməsinin təmin olunması RİH-nə tapşırılıb. Həmçinin 10.02.2018-ci il tarixində həmin ərazidə tam dağılmış 4 (dörd) fərdi yaşayış evinin sahiblərinə kompensasiya ödənilməsi üçün tələb olunan vəsaitin məbləğini 10 gün ərzində hesablayıb Nazirlər Kabinetinə təqdim olumması Fövqəladə Hallar Nazirliyi və Səbail Rayon İcra Hakimiyyətinə tapşırılıb.(azvision.az)



İmza:

“Sahil” metrosunu suyun altında qalmaqdan xilas etmişik - “Azərsu”

Dənizkənarı bulvarda naməlum meyit aşkarlanıb

BŞİH: Ötən gün yağan yağış fövqəladə hal olaraq bir növ təbii fəlakət sayılır

Səyyar ASAN xidmət bu gün daha 10 ərazidə fəaliyyət göstərəcək

İcazəsiz ov edən şəxs saxlanılıb

Bakı-Sumqayıt yolunda hərəkət iflic oldu

Prokurorluq orqanları əməkdaşları növbəti ağacəkmə kampaniyası keçiriblər

Naxçıvan alternativ enerji mənbələrinin inkişafında Avropa üçün nümunə ola bilər

Birinci sinif şagirdləri Dövlət Komitəsində ekskursiyada olublar

“Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyi Mingəçevirdə seminar təşkil edib

Bakıda gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək

Ermənistan silahlı qüvvələri atəşkəsi 112 dəfə pozub

SON XƏBƏRLƏR
2018-09-24
2018-09-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Kişi restorana gəlir və ofisianta deyir:
- Mənə 12 qədəh araq gətirin.
Ofisiant gətirir.
- İndi isə xahiş edirəm, birinci və axırıncı qədəhləri götürün.
- Niyə ki?
- Bilirsinizmi, birinci pis gedir, axırıncıda isə mən dəli oluram.




digər lətifələr
ARXİV
FACEBOOK