Bakı Metropolitenində vakansiya - İş elanı
Adalet.az xəbər verir ki, "Bakı Metropoliteni" Qapalı Səhmdər Cəmiyyəti tornaçı peşəsi üzrə işə qəbul elan edir.
Vakansiya üzrə tələblər belədir:
- Təhsili: İlk peşə- ixtisas üzrə təhsil və ya orta ixtisas təhsilli tornaçı;
- İş stajı: 3 ildən yuxarı;
- Yaş: 25-45;
- Hərbi mükəlləfiyyətli;
İş üzrə tələblər:
Vəzifəsi üzrə bilməlidir:
- Müxtəlif konstruksiyalı torna dəzgahlarının konstruksiyasını və dəqiqliyə yoxlama qaydalarını, detalların qurulma, bərkidilmə və yoxlama üsullarını və emalın texnoloji ardıcıllığını, bütün növlərdən olan normal və xüsusi kəsici alətlərin quruluşunu, həndəsəsini, termiki emalı, itilənməsi və tamamlanması qaydalarını, verilmiş dəqiqliyə və emal təmizliyinə nail olma üsullarını, xüsusi tərtibatların tətbiqi şərtlərini bilməlidir.
İş rejimi: 08:00-17:00
İddiaçılar "Bakı Metropoliteni" QSC-nin rəsmi veb-səhifəsinin "Karyera və əməkdaşlıq" bölməsinə daxil olub "bizdə iş" (http://www.metro.gov.az/az/career/workforus) yarımbölməsində elektron müraciət formasını doldurmalıdırlar.