adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
08 Mart 2018 17:15
26652
ƏDƏBİYYAT
A- A+

Şəfiqə Şəfa: Qələm də acizləşir…

Adalet.az şairə Şəfiqə Şəfanın 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr etdiyi şeiri təqdim edir:

"8 martdır anacan!

Qoy öpüm üz-gözündən,

Daha uşaq deyiləm,

İndi böyük qızam mən!”

Xatırladınmı ana?

Söyləyərdim bu şeiri

hər bayramda qarşında!..

İndi o məktəbli qız,

O bəxtəvər, qayğısız qızın çatıb yaşına

Amma heç böyüməyib...

Uşaqkən danışdığın xoşbəxtlik nağılları,

O göyçək Fatmaları hələ də örnək alır

bu çağda, bu yaşında,

Axı ana, ay ana!

Sən niyə öyrətmədin öz sadəlövh qızına?!

Bu həyat masal deyil,

Onun ağrılarına dözüb ayaqda qalmaq

çətindir, asan deyil...

8 martdır anacan...

Nədəndisə, bu bayram keçmişi vərəqlədir,

İlləri dilləndirir.

Xatirələr anbaan dillənir göz önündə

Qələm də acizləşir boğazacan yığılmış,

Deyilməyə can atan yaralı söz önündə

Bayramımızdı, ana!

Oxuyub bu şeiri kövrəlmə sözlərimdən,

8 martdır, anacan,

Öpürəm gözlərindən!