adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
08 Mart 2018 14:36
16662
DÜNYA
A- A+

Afrində əməliyyatın bitmə tarixi açıqlandı: İraqa ordu yeridiləcək

Türkiyə ordusu İraqda PKK-ya qarşı əməliyyata başlayacaq.

Bu barədə məlumatı Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu verib.

"Afrin hərəkatı may ayına qədər bitəcək. İraqda da PKK-ya qarşı əməliyyat olacaq, bunu İraq rəhbərliyi ilə birlikdə edəcəyik. Bağdadla mövqeyimiz üst-üstə düşür. Afrin hərəkatı bitməsə də, iki əməliyyatı eyni vaxtda aparmağa gücümüz var", - Çavuşoğlu söyləyib.