adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
08 Mart 2018 13:12
9127
GÜNDƏM
A- A+

ABŞ komandanlığı Bakıda seminar keçirdi

Azərbaycan-ABŞ ikitərəfli əməkdaşlıq planına əsasən ABŞ Avropa Komandanlığının mütəxəssisləri tərəfindən Bakıda "Quru Qoşunlarda texniki xidmət və təmir bölmələrinin işinin təşkili” mövzusunda seminar keçirilib.

Müdafiə Nazirliyindən Adalet.az-a verilən məlumata görə, qoşun növlərindən hərbi qulluqçuların iştirak etdiyi seminarda mövzuya dair müxtəlif brifinqlər təqdim olunub.