Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | Nurəngiz GÜN: MƏNƏ SOYUQDUR GÜNƏŞ Adalet.az | Nurəngiz GÜN: MƏNƏ SOYUQDUR GÜNƏŞ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Nurəngiz GÜN: MƏNƏ SOYUQDUR GÜNƏŞ

7022    |   2018-03-08 12:57
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır































MƏNƏ SOYUQDUR GÜNƏŞ

Günəş!.. Mənə soyuqdur,
Axı mən qütbə gedən tək gəminin
məzlum mənzərəsinə dözümsüz oluram.
Axı üşüyürəm mən hərdən
azad qanad yoluna atəş açan
zalım ovçu üzündən.
gGünəşim! Tez-tez röyalarımdasan!
Bir dəfə də xəyalımda
səninlə öpüşəndə,
qucaqlaşıb demişdim:
Məhvəşim! Atəşim! Sahib dur!..
Məşum toxunur hər şey.
Çək məni, apar məni.
Apar, apar!gg
Yerdə mənə yaman soyuqdur, Günəş!
Niyə gəldim
Nilufərlər solan çağı
Mən bu gölə niyə gəldim?
Niyə axı bura gəldim?
Gəlmişdimsə niyə gəlib,
Niyə getdim?
Ah, bilən yoxdur
bağrım başı nədən belə
bölük-bölük?
Nədən axı qəmgin olur
Könül belə o göl sarı?
Bəs nə üçün çıxdım getdim
Nilufərlər solan çağı?

Yol gedirəm

Dodaqlarımda təbəssüm,
Bəbəklərimdə ümid və qürur,
İçimdə ağlamaq ehtiyacı...
Yol gedirəm, yorulanadək.
Ovcumda sirr,
Barmaqlarımda qabar,
Ürəyimdir... varım-yoxum
Yol gedirəm, saplağından qırılanadək.
Saçlarımda rüzgarım,
Ruhumda ana laylası,
Başımda məğlub eşqim
Yol gedirəm, sinəm qaralanadək.
Önümdə silsilə dağlar,
Sərt qayalar, soyuq dəniz
Qərib canla, bu tək cana, qürub çağı
Yol gedirəm, öləziyib saralanadək.
Arxamda sarp enişlər,
Çiynimdə Günəş tayası,
Ağuşumda Jaləm və titrəyişim...
Yol gedirəm, yol olanadək.


Döydüm qapını

Şəngülümsüz, Şüngülümsüz
bir Məngülüm var, bir bəmbəyaz gülüm var.
Qürbətdən gəlirdim.
Döydüm qapını, utana-utana.
Oxudum mahnımı, mən yana-yana:
- Məngülüm! Aç qapını, mən gəlim.
Döşümdə ağrı gətirmişəm,
başımda təzyiq...
Buynuzlarım ki, yoxdur?
Olsaydı, ot yox,
At gətirdim, həyat gətirərdim,
At ucalıqdır, həyat - qanadlı bir nağıl!..
At gətirərdim, həyat gətirərdim.


Boşluq

Bomboş bir səssizlik,
bomboş...
Boşluqda nə sevgi, nə nifrət, nə səadət,
nə hiss, nə səs!
Atlıydım. Bəs hanı? Qamçım vardı, bəs hanı?
Atım sizə qalsın. Qaytarın qamçımı!
Qamçılamaq istəyirəm
bu boşluğu!


İmza:
SON XƏBƏRLƏR
2018-12-12


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Neftçi"?

"Qarabağ" (50%)
"Neftçi" (50%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Faiq Qismətoğlu xəstəxanaya gəlir. Həkim:

- Özünüzlə yatacaq gətirmisiniz?

- Bəli.

- Sizə lazım olan bütün dava-dərmanları da gətirmisiniz?

- Bəli.

- Bəs, bu yanınızdakı ağ xalatlı kimdi?

- Bu da həkimdi. Dedim, birdən sizdə həkim də olmaz, özümlə gətirdim.





digər lətifələr
ARXİV
FACEBOOK