ANA SƏHİFƏ / KRİMİNAL

Gəncədə 1,5 kq-a yaxın narkotik vasitə aşkar edildi

8586    |   2018-03-08 12:47
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Respublikanın daxili işlər orqanları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində martın 7-də ümumi çəkisi 1,5 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

DİN-dən Adalet.az-a verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsi və Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan şəhər sakini, əvvəllər məhkum olunmuş Arzu Süleymanovdan 5,41 qram heroin, 1 ədəd bıçaq və 1 ədəd beşbarmaq götürülüb.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə A.Süleymanovun yaşadığı evdən isə nömrəsi silinmiş qaz tapançası və 1 kiloqram 35 qram tiryək aşkar edilərək götürülüb.

Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ağasadiq Rəhimovdan isə 405 qram marixuana götürülüb.

Saxlanılan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.

Faktlarla bağlı cinayət işləri başlanılıb.




İmza:
SON XƏBƏRLƏR
2018-09-25
2018-09-24


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aşot Moskvadan bir urus qız alır. Gəlir İrəvanda da toy edir. Aradan on beş gün keçir, gəlin gileylənir:

- Bu necə olacaq, nə atanın, nə də ananın məndən xoşu gəlmir.

Aşot:

- Onları boş ver, əsas odur ki, müdirimin səndən xoşu gəlir.





digər lətifələr
ARXİV
FACEBOOK