ANA SƏHİFƏ / SİYASƏT

Türkiyə müdafiə nazirinin müavini Bakıya gəlir

5486    |   2018-03-08 12:05
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Türkiyə müdafiə nazirinin müavini Şuay Alpay Azərbaycana üçgünlük səfər edəcək.

Reportxəbər verir ki, səfərdə məqsəd Bakıda 5 ölkənin deputatları arasında keçiriləcək beynəlxalq futbol turnirində iştirak etməkdir.

Ş.Alpay Türkiyəni təmsil edəcək komandanın heyətində yarışacaq.

Qeyd edək ki, Bakıda ilk dəfə olaraq 5 ölkənin deputatları arasında beynəlxalq futbol turniri keçiriləcək. Martın 9-11-də baş tutacaq futbol yarışı Azərbaycan parlamentinin yaradılmasının 100 illiyinə həsr olunub. Turnir Milli Məclisinin Gənclər və idman komitəsinin təşəbbüsü və ölkə parlamentinin dəstəyi ilə həyata keçiriləcək. Yarışda Azərbaycan Milli Məclisinin, Türkiyənin idman və gənclər naziri başda olmaqla Türkiyə Böyük Millət Məclisinin, Ukrayna Ali Radasının Gənclər siyasəti, idman və turizm komitəsinin sədri başda olmaqla Ukrayna Ali Radasının, Polşa Seyminin Fiziki mədəniyyət, idman və turizm komitəsinin sədri başda olmaqla Polşa Seyminin və Latviya Seyminin parlament komandaları iştirak edəcəklər.




İmza:
SON XƏBƏRLƏR
2018-06-23
11:09 İNSAN
2018-06-22
17:29 ÜMİD


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Sizcə bu komandalardan hansı çempion olacaq?

Braziliya (36.37%)
Argentina (9.09%)
İspaniya (18.18%)
Almanıya (36.36%)
Fransa (0%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Ermənilərlə bacı-qardaş olduğumuz vaxtlardı. Moskvada Yazıçılar Evinin restoranında Zakir Fəxri yeyib-içir. Bu vaxt bir erməni yazıçı da gəlib onunla bir stolda oturur. Hesab vaxtı gələndə erməninin 20 qəpiyi düşür stolun altına. Erməni əyilib pulu axtarır. Zakir Fəxri dərhal bir iyirmi beşliyi yandırıb tutur stolun altına, erməniyə deyir:

- Kirvə, axtar.

Erməni pərt olur. Restorandan çıxırlar, asılqandan paltolarını götürəndə erməni Zakirin acığına asılqanda işləyən kişiyə bir əllilik verir.

Zakir əlini atır cibinə, görür ki, o qədər pulu yoxdu, əlini yelləyib deyir:

- Brat, paltonu bağışladım sənə, geyinərsən. Mən dünən QUM-dan fransuzski əla bir palto almışam.





digər lətifələr
ARXİV
FACEBOOK