adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
08 Mart 2018 12:01
13255
SİYASƏT
A- A+

Türkiyə parlamentində dava - FOTO

Türkiyə parlamentində hakim Ədalət və İnkişaf Partiyasının (AKP) və müxalif Xalqların Demokratik Partiyasının (HDP) üzvləri arasında qarşıdurma yaşanıb.

Trend-in məlumatına görə, millət vəkilləri arasında mübahisəyə səbəb HDP-li deputatların "Türkiyə ordusu Afrində etnik təmizləmə aparır” deməsi olub.

Qarşıdurma zamanı HDP-dən olan üç millət vəkili yüngül xəsarət alıb.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.