adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
08 Mart 2018 11:58
11471
MƏMLƏKƏT
A- A+

Azərbaycan sərhədini pozan suriyalı SAXLANILDI

Azərbaycan dövlət sərhədini pozan Suriya vətəndaşı saxlanılıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat mərkəzindən Adalet.az-a verilən məlumata görə, martın 7-də Lənkəran sərhəd dəstəsinin Astara şəhəri yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən nəzarət-iz zolağında İran İslam Respublikası ərazisindən Azərbaycan istiqamətində naməlum şəxsin ayaq izləri aşkar olunub.

Təxirəsalınmaz sərhəd axtarışı tədbirləri nəticəsində sərhəd po­zu­cusu Astara-Ər­çivan magistral yolunda yanacaqdoldurma mən­tə­qəsinin yaxınlı­ğın­da saxlanılıb, 1990-cı il təvəllüdlü Suriya vətən­da­şı Tahir Əli Əbdülsalam oğ­lu olması müəyyən­ləşdirilib.

Sərhəd pozucusunun üzərindən 2 ədəd özünə məxsus Suriya vətəndaşının pasportu, 2 ədəd qovluqda Azərbaycan Respubli­ka­sı­nın, Rusiya Federasiyasının və Belarusun xəritələri, 1 ədəd dini ki­­tab, 578 ABŞ dolları, 1300 avro, 170 000 İİR rialı aşkar olunub.

Fakt üzrə Azərbaycan Cina­yət Məcəlləsinin mü­vafiq maddəsi ilə cinayət işləri başlanılmış­dır, zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.