ANA SƏHİFƏ / KRİMİNAL

Silsilə oğurluqlar törədən əkiz qardaşlar tutuldu

8307    |   2018-03-08 10:54
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində silsilə oğurluqlar törətməkdə şübhəli bilinən 3 nəfərdən ibarət oğru dəstə saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba rayonunda regional qrupundan  verilən məlumata görə, onların rayonun Köhnəxaçmaz kənd sakinləri əvvəllər məhkum Əziz Hacıbalayev, Ruslan Hacıbalayev və sonuncunun əkiz qardaşı Kamran Hacıbalayev olduğu müəyyən edilib.

Ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların dekabrın 31-dən cari ilin ferval ayının 22-dək olan müddətdə rayon ərazisində müxtəlif vaxtlarda ayrı-ayrı vətəndaşlara məxsuz 3 fərdi evdən, 1 mağaza və 1 iaşə obyektindən televizor, su nasosları, müxtəlif məişət əşyaları və texniki vasitələr, su qızdırıcısı, müxtəliv növ tütün məmulatları və ərzaq məhsulları oğurlamaqla sahiblərinə xeyli miqdarda maddi ziyan vurduqları məlum olub.

Dəstə üzvlərindən oğurladıqları əşya, texniki vasitələr, ərzaq və digər məmulatların bir hissəsi polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.

Qeyd olunan faktlarla bağlı cinayət işi başlanılıb. Araşdırma aparılır.




İmza:
SON XƏBƏRLƏR
2018-09-24
2018-09-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Kişi restorana gəlir və ofisianta deyir:
- Mənə 12 qədəh araq gətirin.
Ofisiant gətirir.
- İndi isə xahiş edirəm, birinci və axırıncı qədəhləri götürün.
- Niyə ki?
- Bilirsinizmi, birinci pis gedir, axırıncıda isə mən dəli oluram.




digər lətifələr
ARXİV
FACEBOOK