Zaxarova açıqladı: Suriyanın taleyi Astanada həll olunur
Rusiya Xarici İşlər naziri Sergey Lavrovun türkiyəli və iranlı həmkarları ilə birgə Astanada baş tutan toplantısına Əsəd rejiminin nümayəndələri və müxalifət təmsilçiləri qatılmayacaq.
Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
"16 martda Qazaxıstan paytaxtı Astanada Rusiya, Türkiyə və İran XİN rəhbərlərinin iştirakı ilə qarant ölkələrin Suriya ilə bağlı siyasi səylərini müzakirə etmək üçün üçtərəfli toplantı keçiriləcək. Görüş format baxımından əvvəlkilərdən fərqlənəcək. Bu toplantıya Əsəd və müxalif nümayəndələr, BMT-nin xüsusi diplomatı Stefan de Mistura qatılmayacaq”, - XİN sözçüsü bildirib.
Zaxarova nazirlərin Qazaxıstan Prezidenti Nursultan Nazarbayevlə görüşünü də istisna etməyib.
Digər Xəbərlər
24 Aprel 2024 11:53
QUBAD İBADOĞLUNU ÖZÜNDƏN NECƏ AZAD ETMƏLİ!?? - Mir Şahin Ağayev yazır
24 Aprel 2024 11:50Prezidentlərin məhdud tərkibdə görüşü başlayıb
24 Aprel 2024 11:42Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub - YENİLƏNİB
23 Aprel 2024 20:33Bakı və İrəvan vasitəçi olmadan danışırlar - Şarp
23 Aprel 2024 19:46