Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | İFALAR XANIMLARA ÜNVANLANMIŞDI Adalet.az | İFALAR XANIMLARA ÜNVANLANMIŞDI Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

İFALAR XANIMLARA ÜNVANLANMIŞDI

6189    |   2018-03-07 16:54
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində hər yerdə olduğu kimi, musiqi məktəblərində də şagirdlər, eləcə də kollektiv xanımları təbrik etmək üçün müəyyən tədbirlər keçirirlər. Bu qəbildən olan tədbirldərdən biri də Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan Şuşa rayon Xəlfəli kənd musiqi məktəbində təşkil olunmuşdur. Maraqlı məqamlardan biri bu idi ki, həmin tədbir təkcə bir məktəbin kollektivinin xanımlara musiqi töhfəsi deyildi. Tədbir əslində həmin regional idarənin tabeçiliyində olan Şuşa rayon Turşsu kənd uşaq musiqi məktəbinin də iştirakı ilə keçirilirdi. Yəni hər iki məktəbin rəhbərliyinin razılaşması ilə tədbirin ünvanı kimi Biləcəri qəsəbəsi seçilmişdi. Qəsəbədə yerləşən Xəlfəli kənd musiqi məktəbinin direktoru Salman Ağalarov tədbir iştirakçılarını salamlayaraq hər iki kollektivin xanım nümayəndələrinə öz təbriklərini çatdırmışdı. Təbii ki, həmin təbrikə Turşsu məktəbinin direktoru İlham Həsənov da qoşularaq həmkarının fikirlərini davam etdirmiş və bildirmişdi ki, qaçqın məktəbləri olmalarına baxmayaraq, bu məktəblərin istedadlı uşaqları və peşəkar pedaqoqları həmişə həm rayonda, həm də respublikada keçirilən bütün tədbirlərin fəal iştirakçısı olmaqla Qarabağın, Şuşanın sədalarını yaddaşlarda təzələyiblər.


Məktəb direktoru Salman Ağalarovun dəvətilə öncə səhnəyə məktəbin xor kollektivi çıxmış və onlar böyük bəstəkarımız Fikrət Əmirovun «Odlar ölkəsi» mahnısıyla dinləyicilərin alqışlarını qazanmışlar. Həqiqətən bu əzəmətli mahnı uşaqların ifasında maraqlı alınmışdı. Musiqili tədbiri davam etdirən 3-cü sinif şagirdi İsmayıl Quliyevin «Bayatı-Şiraz» muğamından ifa etdiyi parçalar da, 2-ci sinif şagirdlərinin qarmonda səsləndirdikləri «Ceyranım» rəqsi də, nağaraçıların az qala səhnəni silkələyən çıxışları, ümumiyyətlə, bu tədbirdə səslənə hər bir ifa öz rəngarəngliyi ilə könüllər oxşamışdı. Hər ifadan sonra salonu alqış səsləri bürümüşdü.

Maraqlı təşkil olunmuş bu görüşdə Xəlfəli kənd musiqi məktəbinin direktoru Salman Ağalarov həm təbriklərini, həm də ifaçılara öz ürək sözlərini söyləmək üçün Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin Şuşa rayon şöbəsinin nümayəndəsi Zahid Abbasova söz vermişdi. Tədbir iştirakçılarının yaxşı tanıdığı və Şuşanın mədəniyyətinin özünəməxsusluğunu yorulmadan təbliğ edən, bu sahədə özəl xidmətləri ilə seçilən Zahid Abbasov gözəl ifalara görə, məktəb rəhbərliyinə, xüsusilə ifaçılara və onların müəllimlərinə təmsil etdiyi idarənin adından xoş arzularını çatdıraraq onlara uğurlar diləyib. Eyni zamanda o, 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə hər iki kollektivin xanımlarını təbrik etmiş, onlara xoş arzularını çatdırmışdı.

Həmin gün Biləcəri qəsəbəsində Şuşa rayonunu təmsil edən iki musiqi məktəbinin birgə təşkil etdiyi konsert proqramı hər kəsin yaddaşına köçmüşdü. Çünki ifalar da gözəl idi, ifaların həsr olunduğu ünvanlar da.

Əbülfət Mədətoğlu







İmza:
SON XƏBƏRLƏR
2018-12-13
2018-12-12


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Arsenal"?

"Qarabağ" (100%)
"Arsenal" (0%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Faiq Qismətoğlu xəstəxanaya gəlir. Həkim:

- Özünüzlə yatacaq gətirmisiniz?

- Bəli.

- Sizə lazım olan bütün dava-dərmanları da gətirmisiniz?

- Bəli.

- Bəs, bu yanınızdakı ağ xalatlı kimdi?

- Bu da həkimdi. Dedim, birdən sizdə həkim də olmaz, özümlə gətirdim.





digər lətifələr
ARXİV
FACEBOOK