adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
07 Mart 2018 16:52
11922
GÜNDƏM
A- A+

Təcrübə imkanları və proqramlarının iş bazarında rolu

İstedadların cəlb olunması üzrə mütəxəssis (Talent acquisition specialist) Malik Bağırov təcrübə imkanları və proqramlarının iş bazarında rolu haqqında araşdırma aparıb.

O qeyd edir ki, iş bazarının reallıqları ilə hər birimiz tanışıq, bunlardan biri isə iş elanlarında göstərilən təcrübə və tələblərin bizə uyğun gəlməməsi, təcrübəmizin az və ya heç olmamasıdır.

Təcrübənin iş mühitində vacib alətlərdən biri olduğunu artıq bütün dünya qəbul edib. Bu ölkəmizdə də belədir. Hətda qərbdə belə hesab edilir ki, beynəlxalq kompaniyalarda təcrübə keçmək uğurlu karyera qurulması üçün istənilən yeni başlayan mütəxəssisə lazımdır. Qeyd etmək lazımdır ki, qərb iş şəraitində yeni başlayan bu tip təcrübə imkanlarından yararlanmağa can atırlar.

Bizdə isə təcrübə keçmək və ya təcrübə proqramlarına marağ kifayət qədər yüksək deyil. Burada bir məsələyə aydınlıq gətirmək lazımdır ki Azərbaycanda təcrübə dedikdə ağıla iki tip təcrübə imkanı gəlir. Birincisi təhsil müddətində, çoxumuzun "praktika” adlandırdığı təcrübə imkanları, digəri isə şirkət və qrumların elan etdiyi və keçirdiyi təcrübə proqramları. İkinciyə dair inkişafı əsasən, tələb-təklif nəzəriyyəsinə əsaslanaraq "tələb” edənlərin, təcrübədən keçmək istəyənlərin artmasından sonra görmək olar. Təkcə maaş və maliyyə imkanları deyil, həmçinin də təcrübə qazanmaq, işinin peşəkarı olan şəxslərlə əlaqə qurmaq, əhatəni genişləndirmək düşüncəsi təəssüf ki, tam olaraq hələ formalaşmayıb.

Düzdür, qeyd etmək vacibdir ki, təcrübə proqramları olan sahələrimiz var. Məsələn, radio və televiziya sahəsini qeyd edə bilərik. Lakin bu marağın səbəbi ondan ibarətdir ki, təcrübəçinin burada qazandığı təcrübəni ya

həmin qurumda və ya başqa bir qurumda tətbiq etmək imkanı olacaq.

Ölkə üzrə təcrübə proqramlarına maraq göstərən şəxslərin yaş qrupuna baxarsaq üstünlüyün tələbə kontingentində olduğunu görə bilərik. Amma burada da bəzi nüansları qeyd etmək yerinə düşər. Məsələn, tələbə üçün haradasa təcrübə keçmək və yarım-gün çalışmaq kimi bir seçim qoysaq çoxluq maliyyə xərclərini azaltmaq üçün ikinciyə yönələr. Düzdür onuda qeyd etmək lazımdır ki, ödənişli əsaslarla təcrübə proqramları mövcüddur ki, ilkin tələbatları (yemək, nəqliyyat xərcləri) qarşılamağa imkan verir. Lakin bunların sayın çox azdır. Belə vəziyyətdə tələbə də seçimlərin arasında qalır, çox zaman da düzgün seçim etmir.

Sual yarana bilər ki, ölkədə təcrübə imkanlarını necə genişləndirmək olar? Bu iki tərəfli məsələdir. Birdə xaricdə təcrübə imkanları var ki, buna sonra toxunacam. Amma çıxış yolu sadəcə təcrübə imkanları və proqramlarını artırmaqla olmayacaq. Çünki, təcrübəyə gələn şəxs bəlli bir karyera formalaşması haqqında düşünərək, burada qazanacağı bilik və bacarıqlara görə gəlir. Qarşılığında gözlədiyi nəticəni və təcrübə prosesini görmədikdə məyusluqla oradan uzaqlaşır və bəlkədə yenisinin axtarışına çıxmayacaq.

Yuxarıda qeyd olunan ikitərəfli məsələyə - təcrübə verən və təcrübə keçən tərəfləri ilə baxmaq lazımdır.

İlk olaraq təcrübə verən prizmasından baxaq. Məlum olduğu kimi burada təcrübə verən – təcrübə proqramını elan edən, özü üçün yeni kadrların yetişdirilməsində marağlı olan qurumdan söhbət gedir, daha doğrusu qurumun kadr siyasəti ilə maşğul olan hissəsindən. Təcrübə verən üçün təcrübə proqramları nə işə yarayır? Bu proqramlar vasitəsi ilə qurum özünə bəlli bir kadr hazırlayır, hansı ki bu kadrlar yetişib hazır olanda artıq onları işə götürmək haqqında düşünəcək. Nəzəriyyə üzərində bu belədir. Lakin vacib

detallardan biri təcrübə proqramlarına təhsil proseduru kimi baxmaq lazımdır. Sadə təhsil mühitində, bəlli bir standartlar, meyarlar, tapşırıqlar, praktiki fəaliyyətlər olur. Sadəcə sizə kitabı veribdə bunu oxu demirlər, həmçinin də öyrədirlər. Təcrübə proqramına da yanaşma bu istiqamətdə olmalıdır. Onun bəlli bir hədəfi, yanaşma tərzi və gözləntiləri olmalıdır.

Bu yanaşmaya nümunə üzərindən baxaq:

İlk olaraq bir iş sahəsi seçməliyik. Ölkəmizdə hazırda ən çox yerləşdirilən vakansiyalar hansılardır? Ən yaxşı cavab üçün statistika və araşdırmadan əvvəl istənilən iş axtarma saytına keçib, bunu görmək olar. İstənilən birinə daxil olun və baxın. Mənim girdiyim bir neçə saytların hamısında ümumi olaraq ən çox bu vakansiyalara rast gəldim: İT sahəsi, satış, marketinq və turizm sahələridir. Nümunə üçün marketinq sahəsini qeyd edək. Siz ali təhsilli marketinq istiqamətində və ya iqtisadiyyat yönümlü birisiniz. İlkin olaraq iş tapmağınız çətindir və qərara almısınız ki, təcrübə qazanasınız. "X” adlı bir şirkətin marketinq departamentində təcrübə proqramına qoşulursunuz. Bu zaman proqram tərəfindən sizdən bəlli bir müddətlik tələblər qoyulmalıdır. Sizin təbii ki maaşlı işçilərdən fərqiniz olacaqdır məsuliyyət baxımından. Amma bununla yanaşı onların da gördüyü işlər sizə həvalə olunacaq. Paralel olaraq siz təlimləndirmələrə yönələcək və kiçik qiymətləndirmə təcrübələrindən keçəcəksiniz. Yekunda sizin birbaşa olaraq çalışdığınız şəxs tərəfindən razılıq əldə olunarsa sizi işə dəvət edəcəklər. Minimal olaraq standart bir təcrübə proqramı ən azı bunları etməlidir. Təbii bunları edən şirkətlərdə var ölkədə. Təssüf ki, çox deyil və əsasən iri şirkətlərdir.

Gəlin indi isə bir də təcrübə alan gözü ilə bu məsləyə baxaq. Təcrübə almaq istəyən şəxsin bunu niyə etdiyi artıq yazıda da qeyd etdiyim kimi hamımıza məlumdur. Lakin əmək bazarında ölkədə bəlli bir "narazılıq” var. Narazılıq isə bundan ibarətdir – işə müraciət edən şəxslərin çoxluğu, işlərə qoyulan tələblərin yüksəkliyindən şikayət edir. Məsələn: Call center üçün operator vakansiyasına ali təhsil, inglis və ya rus dili biliyi istənilir, həmçinin ən azı 2-3 illik təcrübə istənilir. Bu bir tərəfdən baxdıqda normaldır. Çünki Azərbaycan ümumi qloballaşmadan kənarda qala bilməz və buna görə ümumdünya əmək bazarı tələblərinə cavab vermək üçün sürətlə dəyişir. Əmək bazarı tələbləri artır, amma tələblərə cavab verən kadr səviyyəsi artmır. 5 il bundan əvvəl inglis dili biliyi yaxşı göstərici sayılırdısa növbəti 2 il ərzində inglis dili biliyi sadə, vacib tələblərdən birinə cevriləcək. Əvəzinə sizdən stress menecment, qərar vermək, təşəbbüskarlıq kimi bacarıqlar istəniləcək.

Dünya praktikasında kadr səviyyəsinin artırlmasının təcrübə proqramları vasitəsi ilə ilkin təməli qoyulur. Sonrakı mərhələlərdə isə işçinin karyera imkanları, təlimləndirilmə, inkişaf etdirilmə sistemləri formalaşır. Əmək bazarında inglis dili tələbinin yüksəkliyi son illərdə dil kurslarının artmasına gətirib çıxarıb. Çünki əmək bazarının tələbləri iş axtaranları bu istiqamətdə şəxsi inkişafa yönəldir. Növbəti olaraq hamının ağız dolusu bildirdiyi tələb təcrübə gəlir ki, bu da əmək bazarı tələbinə cavab vermək üçün iş axtaranlar tərəfindən təbii yolla təcrübə keçmək üsulları formalaşacaq.

Məsələn, xaricdə təcrübə imkanı bunlardan biridir. Ölkədə çoxu tələbə olmaqla bəlli bir qrup insan var ki, xarici ölkədə təcrübə keçmək imkanlarından faydalanır. Bu onlara gələcəkdə əmək bazarında daha uğurlu və tələb olunan kadr olmağa yardımçı olacaq. Həm də axtarılan kadr potensialı olan gənclər olacaq o şəxslər.

Əslində ətrafınızdakı uğurlu iş adamlarının çoxundan soruşsanız sizə biliklərə yiyələnmənin vacib olduğunu, amma bununla yanaşı təcrübənin vacibliyin qeyd edər.

Günümüzdə tələb olunan kadr olmamız üçün təcrübə keçmək bizə üstünlük verəcəksə, niyə uğur yolumuzda bir müddətlik ödənişsiz və ya az ödənişli olaraq çalışıb təcrübə toplayıb, daha uğurlu karyera qurmayaq ki?!...

Malik Bağırov - Avropa kouçlar federasiyası tərəfindən akreditasiya olunan Maximum beynəlxalq kouçluq akademiyasında "kouçluq" istiqaməti üzrə təlim modulunu bitirib. Malayziyanın Taylors universitetinin Komanda quruculuğu proqramının məzunudur. 5 illik fərqli sahələr üzrə insan resurları istiqamətində iş təcrübəsinə malikdir. Asia İnsan Resursları institutunun araşdırma qrupunun üzvüdür. CİPD kvalifikasiyası və HRCİ institutunun sertifikatı üzrə təhsil alır. SHRM İnsan resursları menecerləri cəmiyyətinin üzvüdür. Hazırda Təcrübəçilərin İnkişaf Proqramı üzrəində çalışır. Proqram pilot olaraq başladılıb, proqramın praktiki hissəsi bitdikdən sonra standartlar və nəticələr formalaşdırılacaq. Proqram üzrə 2019-cu il Təcrübə və İnsan resursları yarışmalarına Azərbaycan adından qatılmağı hədəfləyib.UNİCEF-in təlimçilər üçün təlim modulunu bitirib. 7 illik təlimçilik təcrübəsinə malikdir