Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | Kamal Abdulla Belçika səfiri ilə görüşüb Adalet.az | Kamal Abdulla Belçika səfiri ilə görüşüb Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ELM VƏ TƏHSİL

Kamal Abdulla Belçika səfiri ilə görüşüb

9138    |   2018-03-07 16:43
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Martın 7-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla Belçika Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bert Skufsla görüşüb.

Adalet.az xəbər verir ki, qonağı salamlayan rektor Kamal Abdulla ADU-nun nüfuzlu universitetlərlə əməkdaşlıq etdiyini deyib və ümid etdiyini bildirib ki, gələcəkdə bu ali təhsil müəssisələri sırasında Belçika universitetləri də olacaq.

Bir sıra universitetlərdə ADU-nun təşəbbüsü ilə Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin yarandığını söyləyən Kamal Abdulla Belçikanın nüfuzlu universitetlərindən birində də belə bir mərkəzin yaranacağına inamını ifadə edib.

"Azərbaycan multikulturalizmi” fənninin 20-yə yaxın ölkədə tədris olunduğunu bildirən rektor deyib ki, Belçika universitetlərində də bu fənnin tədrisi qarşılıqlı faydalı əməkdaşlığa mühüm töhfə verərdi.

Kamal Abdulla Bert Skufsu "Səfir saatı” çərçivəsində ADU tələbələrinə mühazirə deməyə dəvət edib.

Yüksək qonaqpərvərliyə görə universitet rəhbərliyinə təşəkkür edən səfir Bert Skufs bildirib ki, Azərbaycanın və Qafqazın ən prestijli universitetlərindən birində-ADU-da olmaq onun üçün şərəfdir.

Bert Skufs qeyd edib ki, ADU ilə tanışlıqda əsas məqsədi bu universiteti öz ölkəsində təbliğ etməkdir.

Multikultural dəyərlərə hörmət baxımından Azərbaycan və Belçikanın oxşar cəhətlərinin çox olduğunu deyən səfir "Azərbaycan multikulturalizmi” fənninin öz ölkəsində tədris edilməsi üçün lazım olan addımları atmağa hazır olduğunu bildirib.

ADU ilə Belçika universitetləri arasında münasibətlərin yüksək səviyyədə inkişaf edəcəyinə ümid etdiyini bildirən səfir deyib ki, əlaqələrin qurulması üçün əlindən gələni əsirgəməyəcək.




İmza:
SON XƏBƏRLƏR
2018-12-12


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Neftçi"?

"Qarabağ" (50%)
"Neftçi" (50%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Faiq Qismətoğlu xəstəxanaya gəlir. Həkim:

- Özünüzlə yatacaq gətirmisiniz?

- Bəli.

- Sizə lazım olan bütün dava-dərmanları da gətirmisiniz?

- Bəli.

- Bəs, bu yanınızdakı ağ xalatlı kimdi?

- Bu da həkimdi. Dedim, birdən sizdə həkim də olmaz, özümlə gətirdim.





digər lətifələr
ARXİV
FACEBOOK