ANA SƏHİFƏ / MƏMLƏKƏT

Elmin İnkişafı Fondu muğam tədqiqatlarına dair monoqrafiyalar nəşr etdirib

4708    |   2018-03-07 16:40
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrant layihəsi çərçivəsində muğama dair iki monoqrafiya nəşr olunub. AMEA-nın müxbir üzvü Könül Bünyadzadənin müəllifi olduğu "Muğam fəlsəfəsi”ndə muğam əsasən düşüncə tərzi kimi araşdırılır. 

Bu məqsədlə monoqrafiyada muğamla fəlsəfi cərəyanlar, xüsusilə təsəvvüf arasında fəlsəfi müqayisələr aparılır. Muğamın milli düşüncə tarixi ilə paralel şəkildə tədqiq edilməsi milli təfəkkürün bir sıra əhəmiyyətli məqamlarına da aydınlıq gətirir. Bu əsərdə həmçinin muğamın multikultural mahiyyəti də araşdırılır. Bununla da çox əhəmiyyətli bir həqiqət vurğulanmış olur: öz təsir gücünə və daşıdığı missiyaya görə muğam Azərbaycanın "yumşaq gücüdür”. Rus dilində təqdim edilən "Azərbaycan muğam-dəstgahının tarixi kökləri” (müəllif Sevil Fərhadova) monoqrafiyası isə muğamın yaranma tarixini və onun genezisini açıqlayan fənlərarası tədqiqat işinin nəticələri əsasında yazılıb. Monoqrafiyada "muğam” sözünün etimologiyası, həmçinin tədqiqat predmetinin özü yeni səpkidə interpretasiya edilir. Monoqrafiya muğam-dəstgahının konseptual məzmunu ilə bağlı bir çox suallara, Azərbaycan mədəniyyət irsinin bütün sahələrində geniş təqdim edilmiş həndəsə və rəqəmin konseptuallığı ilə də aydınlıq gətirir. Monoqrafiyalar fəlsəfə, musiqişünaslıq, kulturologiya, incəsənət, psixologiya, fenomenologiya və digər elm sahələrinin mütəxəssisləri, araşdırmaçıları və geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Adıçəkilən monoqrafiyaların "Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı ərəfəsində nəşr olunması xüsusi əhəmiyyət kəsb edir


İmza:
SON XƏBƏRLƏR
2018-06-23
11:09 İNSAN
2018-06-22
17:29 ÜMİD


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Sizcə bu komandalardan hansı çempion olacaq?

Braziliya (36.37%)
Argentina (9.09%)
İspaniya (18.18%)
Almanıya (36.36%)
Fransa (0%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Ermənilərlə bacı-qardaş olduğumuz vaxtlardı. Moskvada Yazıçılar Evinin restoranında Zakir Fəxri yeyib-içir. Bu vaxt bir erməni yazıçı da gəlib onunla bir stolda oturur. Hesab vaxtı gələndə erməninin 20 qəpiyi düşür stolun altına. Erməni əyilib pulu axtarır. Zakir Fəxri dərhal bir iyirmi beşliyi yandırıb tutur stolun altına, erməniyə deyir:

- Kirvə, axtar.

Erməni pərt olur. Restorandan çıxırlar, asılqandan paltolarını götürəndə erməni Zakirin acığına asılqanda işləyən kişiyə bir əllilik verir.

Zakir əlini atır cibinə, görür ki, o qədər pulu yoxdu, əlini yelləyib deyir:

- Brat, paltonu bağışladım sənə, geyinərsən. Mən dünən QUM-dan fransuzski əla bir palto almışam.





digər lətifələr
ARXİV
FACEBOOK