adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
07 Mart 2018 16:15
18940
MƏDƏNİYYƏT
A- A+

Nizami Kino Mərkəzi Ukraynada keçirilən forumda Azərbaycanı təmsil edib

Nizami Kino Mərkəzi Ukraynada keçirilən "Unlimited: Sərhədsiz incəsənət” forumunda Azərbaycanı təmsil edib.

Adalet.az APA-ya istinadən xəbər verir ki, Britaniya Şurasının təşəbbüsü ilə Ukraynada keçirilən "Unlimited: Sərhədsiz incəsənət” Forumuna Britaniya, Ukrayna, Azərbaycan və Gürcüstandan 200 nümayəndə qatılıb.

British Council Azərbaycanın nümayəndə heyəti ilə birgə Nizami Kino Mərkəzinin direktoru Leyli Mirzəyevə Kiyevdə keçirilən "Unlimited: Sərhədsiz incəsənət” forumunda iştirak edib.

Forumun açılışında iştirak edən Ukraynanın birinci xanımı Marina Poroşenko çıxışında əlil insanların aktiv ictimai həyata daxil olmalarını dövlət siyasətinin bir hissəsi olduğunu vurğulayıb, bu sahədə zəmin olaraq inklüziv layihələrin hazırlanmasının vacibliyini diqqətə çatdırıb.

Panel diskussiyaları zamanı Leyli Mirzəyeva forum iştirakçılarına Azərbaycanda ilk dəfə Nizami Mərkəzində "Kino hər kəs üçün” layihəsi çərçivəsində danışma və eşitmə qabiliyyəti məhdud olan insanlar üçün xüsusi surdotərcümə olunmuş film nümayişlərinin təşkili haqqında təcrübə ilə bölüşüb və bu layihənin uğurlu olduğunu bildirib.

İnklüziv layihələr sırasında yaxın vaxtlarda Nizami Kino Mərkəzində görmə qabiliyyəti məhdud olan insanlar üçün də kino nümayişləri təşkil olunacaq.

Qeyd edək ki, "APA Holding" Nizami Kino Mərkəzinin beynəlxalq və yerli layihələrinin informasiya dəstəkçisidir.