adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
07 Mart 2018 16:07
15982
ŞOU-BİZNES
A- A+

Keçmiş xanımından Səmədin iddialarına cavab

"Çox pisəm, neçə illərdir xəstəyəm. Yanıb-tökülürəm ki, bu qədər yalan olarmı? Sən, xalq artistisən, o uşağın ruhuna görə hər şeyi keçərdin”.

Adalet.az-ın məlumatına görə, bu sözləri xalq artisti Səməd Səmədovun keçmiş həyat yoldaşı Zərifə xanım "Hər şey daxil" verilişində deyib.

S.Səmədovun və keçmiş qonşusunun onun haqqında dediyi "Məni və oğlunu atıb cavan oğlanla qaçdı. Gecələr evə sərxoş gəlirdi” sözlərinə Zərifə xanım belə cavab verib:

"O, mənim üstümə indiki həyat yoldaşını alıb gətirmişdi. O vaxt mən sistemdə işləyəndə ordan götürüb qəzetə vermişdilər. O, danışan qadını mən heç vaxt görməmişəm. Bizim indi də köhnə qonşularla əlaqəmiz var. Xalq artistinə qapı-qapı gəzib, bunu demək yaraşarmı? 

Ziyalı ailədənəm, atam və anam 50 il yumor ustası çalışıb. Mən Gülağa müəllimin qardaşı qızıyam. Mən sərxoşa oxşayıram? 25 il oğlum yaşadı, heç pivə dadı bilmədi. Bilsəydim, bu xəmir çox su aparacaq mən onu danışmazdım. Bu açıqlamanı övladımın xatirinə etdim”.

Qeyd edək ki, Zərifə xanım S.Səmədovun oğluna baxmadığını demişdi. S.Səmədov isə onun iddialarını yalan adlandırmışdı.