Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | Bir avtobusun qəmli hekayəsi Adalet.az | Bir avtobusun qəmli hekayəsi Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏDƏNİYYƏT

Bir avtobusun qəmli hekayəsi

13960    |   2018-03-07 15:39
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Köhnədən də köhnə, yorğun, hüznlü bir avtobus… Avtobusun içində 9 nəfər var. Hamısı da kişi. Üzlərində ümid, anlaşılmazlıq, kədər qarışıq cizgilər. Həyatları boyu şəhər üzü görməyən, ömürlərini kəndlərində keçirən 9 ailə başçıları.

Başlarında min bir xəyal dumanı.... Qaçaq işçi kimi İsveçə gedirlər.

Bəlkə həyatları dəyişər...

Daha rahat yaşayarlar...

Doya-doya...

Sevə-sevə...

Hüznə yer olmayan sevinc daşıyarlar içlərinə...

Diqqət! Diqqət!

Sizi Türkiyədə qadağan edilmiş "Avtobus” filminə aparıram. Rejissoru Tunç Okan. Rahatca əyləşin, bir azdan yola çıxacağıq...

Başlayaq avtobus sürücüsündən. Sən demə, o, dələduzun, saxtakarın biridir. İnsanları İsveçə işçi adıyla aparır. Ancaq aldadır.

Sürücü kəndlilərin sənədlərini götürüb aradan çıxır, ordan da Almaniyaya qaçır.

Bu miskin, dil bilməz adamlar da avtobusun içində "dustaq” qalırlar. Qorxularından küçəyə çıxa bilmirlər. Artıq qəhrəmanlarımız yadlaşdıqları vəhşi mədəniyyət dünyasında tək qalırlar.

Ac, pulsuz, sənədsiz, yersiz, yurdsuzdular...


Davamlı yeniliyi tərənnüm edən və köhnəlmiş olan hər şeyin qəbul edilmədiyi bir mədəniyyət ortasında boyaları tökülən, metalı çürümüş köhnədən də köhnə bir avtobusun içində həbsdədirlər...

Polis qorxusundan çölə addım da ata bilmirlər. Avtobusun pərdələrini çəkmiş, mürgülü, ürkək gözləriylə gözləməkdədirlər. İsveçin paytaxtı Stokholmdadırlar. Küçələrdə, prospektlərdə gəzişən şəhər sakinləri ara-bir avtobusa göz ucu baxırlar. Ancaq heç kimə avtobus və içindəkilər maraqlı deyil.

Gecədir. İçəridəkilərin tualet ehtiyacı var, hava almaq istəyirlər, üstəlik də çox acdılar. Nəhayət həbs olduqları avtobusdan ürkək-ürkək çıxırlar. Bir-bir tualetə gedirlər. Qarşılaşdıqları böyük binalar, seks shoplar, supermarketlər, heykəllər, küçədə sevişən cütlük onların heyrətinə səbəb olar. Elə bil tamamilə başqa planetə düşmüş kimi hiss edirlər. Bütün ümidləri çarəsizliyə, bir tikə çörəyə çevrilib.

Digər gecələr də belə keçir...

Hava almaq, zibil qutularından artıq yemək tapmaq...

Qəfil həyatlarına üzlü qonaq tək dürtülən ardı-arası kəsilməyən mənzərələr...

Bir gecə avtobus sakinlərindən biri polis qorxusundan şəhərdə yolunu itirir. Dil bilməyən, yol, iz tanımayan, sənədsiz, bir qəpiksiz halda küçələrdə itirdiyi yol yoldaşının adını gecəyə "Mehmetttt, Mehmettt” deyə son dərəcə ürək dağlayan bir şəkildə hayqıran bu qəhrəmanımızın səhər soyuqdan donmuş formada bir körpünün üstündə dayandığını, ardınca da suya düşdüyünü görürük. Filmin bu yerində Avropa xalqının donmuş bir insana göstərdiyi laqeydlik diqqətdən kənar qalmır.

İkinci qurban isə Tunç Okanın özünün canlandırdığı Mehmet obrazıdır. Ac halda tualetdə suyla qarnını tox tutmağa çalışarkən bir isveçliyə qoşulub onun arxasınca gedir. Bu adam da homoseksual çıxır. Mehmeti bir bara aparır. Rejissor burda dəhşətli bir detalı bizə göstərir. Homoseksual Mehmetin saçlarıyla mazaqlaşarkən, Mehmet stolun üstünə düzülmüş yeməklərdən havalanır, ayaqlanıb hamısını gözünə təpir. Bu an bardakılar Mehmetə "barbar” deyib küçəyə atırlar, ölənə qədər də döyürlər. Digər avtobus sakinləri də həmin gecə şəhər insanları tərəfindən əməlli-başlı ürkürlər...

Və yenə səhər... Doqquz adamdan fiziki mənada yeddi adam qalmışdır. Eyni köhnə, hüznlü avtobusun içində. Polis nəhayət ki, avtobusu tapır. İçəridəkiləri deport etdirirlər.


Son səhnədə avtobusu xurd-xəşil hala gətirib çıxarırlar...

O köhnəlmiş, çürümüş avtobusun mədəniyyətə məğlub olduğunu görürük. Avtobusa vurulan hər zərbə qəhrəmanlarımızın ümidlərini, xəyallarını da param-parça edir.

Türkiyədə köçə baxacaq olarsaq... 1961-ci ildə Türkiyə və Almaniya arasında imzalanan Türk Alman İşçi Mübadiləsi Anlaşması ilə Qərbi Avropaya köç başlamışdır. İkinci Dünya Müharibəsi sonrasında Qərbi Avropa ölkələrində baş tutan iqtisadi inkişafların tələb etdiyi iş gücü boşluğu və imzalanan bu anlaşma sonrasında bir çox vətəndaş iş tapıb pul qazanmaq ümidiylə Qərbi Almaniya, Fransa, İsveç, Avstriya, Belçika kimi ölkələrə immiqrant etmişlər.

İşsizlik, maddi çöküntü filmdə də öz əksini tapmışdır. Türk xalqının düşdüyü acınacaqlı vəziyyət ürək ağrısı ilə tamaşaçılara təqdim edilir.


Film Qərblə Şərqi müqayisə edir. Böyük köçləri, bəşəri mövzunu təhlil etməyə çalışır. Mədəniyyəti, Avropa insanını sorğulayır. İnsanın çarəsizliyini ekranlara daşıyır. Onun düşdüyü ən ağır, ən çətin situasiyanı araşdırır. Şəxsən mən bu filmi izlədikdən sonra uzun müddət özümə gələ bilmədim.



İmza:Oğuz Ayvaz

Musiqili Teatrın həftəsonu afişası maraqlıdır

“Təhminə və Zaur” serialının rejissoru tənqidlərə cavab verdi

Nazirlik Fəxrəddin Manafovla bağlı tapşırıq verdi

Prezident Tahir Salahova 1-ci dərəcəli “Əmək” ordenini təqdim etdi

Qan Turalının pyesi səhnələşdiriləcək - Rus Dram Teatrında

Fəxrəddin Manafov Rus Dram Teatrından niyə ayrılır? - AÇIQLAMA

Xoreoqrafiya Akademiyasında Xalq şairi Məmməd Arazın 85 illiyi qeyd olunub

Mədəniyyət naziri Cəlilabadda vətəndaşları qəbul edib

Əbülfəs Qarayev müşavirə keçirdi

Azərbaycanda son 12 ildə 341 film çəkilib

İctimai Televiziya və Radio Yayımları Şirkəti Azərbaycanda xarici telelayihələrin lisenziyalı yayımını davam etdirir

Uşaq az qala uçurumdan yıxılacaqdı - FOTO

Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı
SON XƏBƏRLƏR
2018-12-09
2018-12-08
11:24 ZƏRURƏT
00:53 KƏMALƏ


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (61.54%)
Qaynana (38.46%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Ata uşağı yatırtmaq üçün uşaqla bir yerdə uzanır. Müəyyən qədər vaxt keçəndən sonra ana başını qapıdan içəri salıb yavaş səslə atadan soruşur:
- Nə oldu, yatdı?
Uşaq:
- Hə ana, yatdı...




digər lətifələr
ARXİV
FACEBOOK