Aqil ABBAS: Vay dədəm vay, korrupsiyanın yekəliyinə bax ey…

AQİL ABBAS
64892 | 2018-03-09 10:00

Mətbuatdaoxudum ki, Təhsil Nazirliyi müəllimələrdəntələb edib ki, 8 Martda heç bir hədiyyə qəbuletməsinlər. Kəsəsi, cəzalana bilərlər. Yaxşıdı,gözəl tələbdi, amma bir əmması var…

Ailədə 8 uşaq olmuşuq, eyni vaxtda hamımız da bir məktəbdəoxumuşuq. Böyüyümüz, yəni mən, 10-cu sinifdə oxuyanda kiçik bacım 1-ci sinifdə oxuyurdu.Və 8 Mart gələndə təbii ki, müəllimələrimizə hədiyyə aparardıq. Özü də müəllimələrimizbir deyildi, hər birimizə 3-4 müəllimə dərs deyirdi. Səkkizi vur dördə, deməli otuz iki hədiyyə edirdi vəbəlkə də çox.

Şəxsən mənə yeddi müəllimə dərs deyirdi: Fiturist müəllimə,fizika - Leyla müəllimə, tarix - Səmayə müəllimə,Azərbaycan dili - Xavər müəllimə, coğrafiya - Adilə müəllimə, ədəbiyyat - Ziba müəllimə,riyaziyyat – Gülər müəllimə. Yerləri behişt olsun, analarımız qədər çox istəyərdik, onlar da bizi balaları kimi sevərdi. Lap son Adilə müəllimə rəhmətə getdi,təxminən il yarım bundan əvvəl. Qaçqın kimi Mingəçevirə sığınmışdı. Axtarıb tapmışdım.Mingəçevirə yolum düşən kimi gedib bir stəkançayını içərdim, çığırtmasını yeyərdim. Mənimlə fəxr edərdi, şəklimi də böyütdürübvurmuşdu divara. Hərdən xətkeşlə əllərimizədöyərdi, amma buna görə valideynlərimiz gəlib məktəbdə şüvən çıxarmazdı.

Hədiyyələri anam seçərdi. Atamın bir aylıq maaşı yox ey, bir aylıqqazancı gedərdi bu hədiyyələrə. Amma çox xoş idi. Ancaq bu hədiyyələrin bizim təhsilimizə heç bir dəxli yox idi. Bu hədiyyələrə görə müəllimələr«3»lə oxuyan qardaş-bacılarıma «4», «4»ləoxuyanlara isə «5» yazmazdılar.

Mən universitetdəoxuyanda da 8 Martda oxuduğum məktəbə gedərdim, məni insan kimi yetişdirən müəllimələriməhədiyyə aparardım.

Yəni 8 Martda müəllimələrəhədiyyə verilməsinə heç vaxt pis baxmamışamvə indi də pis baxmıram. Səhər tezdən işə gələndə də nəvələrimə təlim-tərbiyə verən müəllimələrə də sidq ürəklə, sevgiylə hədiyyələr göndərmişəm.Eybi yox, qoy Təhsil Nazirliyindənqorxub hədiyyələri geri qaytarsınlar.

Gələk mətləbə. Bəli,Təhsil Nazirliyi müəllimələrdən tələb edir ki, hədiyyə qəbul etməsinlər. Çox əla! Müəllimələrdən başqaşey tələb olunmalıdır. Onlardan şagirdlərə yüksək səviyyədə dərs demək tələb olunmalıdırki, valideynlər boğazlarından kəsib övladlarınırepetitor yanına göndərməsinlər. Təhsil ocaqlarından yüksək təhsil tələb olunmalıdır,yoxsa ildə-ayanda olan bir bayramda kimsə müəlliməyə bir ətir hədiyyə edib. Pah,dünya dağıldı, korrupsiya, rüşvət. «Rüşvətin»də miqyası bilirsiniz nə qədərdi, təxminən 15-20 manat. Qudursun olsun 30 manat.

Beynəlxalq bankdanoğurlanan pullar Azərbaycanın bir illik dövlətbüdcəsini təşkil edir.

Sovet vaxtı Ağdamdabir həkim on manat rüşvət aldığına görə tutulmuşdu.Sonra bütün nəsil yığışıb bir on min manat pul düzəltdilər verdilər prokurora, birtəhəryazıq həkimi buraxdırdılar.

Müəllimlərin qarşısınaqoyulan tələbi qəzetlərdə və saytlarda oxuyandahəmin qəzet və saytlarda onu da oxudum ki, Dövlət İmtahan Mərkəzinin 9-cu sinif şagirdləriüçün keçirdiyi test imtahanında şagirdlərin 72 faizi «2» alıb. Necədi sizinüçün? «2» almayan o 28 faiz bilirsiniz kimlərdi, repetitor yanına gedənlər. Necədi sizin üçün!

Hələ deyəsən keçənil Azərbaycan dilindən səksən neçə faiz «2» almışdı.

Müəllimənin alacağıon, iyirmi manatlıq hədiyyə problem deyil, problem 72 faiz uşağın riyaziyyatdan «2» almasıdı. Özü də qəribədi, oxuyuramki, hamı buna görə Dövlət İmtahan Mərkəzinigünahlandırır ki, guya suallar çətinolub. DİM-in testə saldığı suallar şagirdlərin tədrisdə keçdiyi dərsliklərdən götürülür. Çətin sual?! Testə nə salsınlar– iki vur iki neçə edir?

Qaçqınqəsəbələrinin birində iclasdaydım. Bir valideyn qalxıb mənə belə bir sual verdi:

-Müəllim, mənim qızım doqquzuncu sinifdə oxuyur.Məcburam onu oxudam, çünki qız uşağıdı, oğlana o qədər fikir vermərəm, uzaqbaşıgedib mənim kimi daş daşıyıb ailəsini saxlayasaq.Qızların oxuması daha vacibdi. Tikintidə işləyirəm, ayda üç yüz manat maaş alıram, amma o uşağın, o biri balalarımında boğazından kəsib repetitorlara iki yüz manatpul verirəm. Niyə orta məktəbdə elə dərs keçmirlər ki, mən daş daşııyıb qazandığımpulu repetitorlara verim?

Busual deyildi, Təhsil Nazirliyinə vurulacaq bir xəncər yarası idi.

20ildən çoxdu təhsilimizin başında islahatlaradı ilə turp əkirlər, amma o turp da bitmir.

BəyənmədiyimizSovet təhsil sistemi Yusif Məmmədəliyev yetişdirirdi, Xudu Məmmədov, Ziya Bünyadov,Əliyar Süleymanov, Firudin Hüseynov, Fərəməz Maqsudov, Cəlal Allahverdiyev, KərimKərimov, Ramazanzadə, Cavadzadə , Həsən Abdullayev, Qara Məmməd, Faiq Bağırzadəyetişdirirdi. Bəyənmədyimiz Sovet təhsil sistemi Akif Əlizadə yetişdirib, Arif Paşayevyetişdirib, Misir Mərdanov, Abel Məhərrəmov, Rafiq Əliyev yetişdirib. Bu siyahını nə qədər istəsəz uzada bilərəm.

İndibizi xoşbəxt edən baloniya sisteminin və təhsilimizdəki islahatların nəticəsində yuxarıda adlarını çəkdiyim şəxsiyyətlərin səviyyəsində yetişdirdiyibeşcə nəfərin adını çəkin, mənqələmi atım.

ƏzizMüəllimələr! 8 Mart Qadınlar bayramı münasibətiləhamınızı ürəkdən təbrik edirəm. Əllərinizdən öpürəm! Və xahiş edirəm önünüzdəkişagirdlərin sabah Azərbaycanın gələcəyi olduğunuda unutmayın!


TƏQVİM / ARXİV