adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
07 Mart 2018 14:30
19636
MARAQLI
A- A+

Cenevrə avtomobil sərgisindən reportaj

Cenevrə Avtomobil Sərgisi 88-ci dəfə qapılarını avtomobil sevənlərə açdı.

Hər ilin mart ayında təşkil olunan sərgi dünya bazarının diqqəti mərkəzində olan sərgilərdən biridir. Sərgi bu il martın 6-7-si tarixlərində jurnalistlərə, 8-18 mart tarixlərində də xalqa qapılarını açıb.

Bu il sərgidə görməyə öyrəşdiyimiz mankenlərin əvəzinə marka və məhsul biliciləri yer alacaq ki, bu da potensial müştərilərin məhsullar haqqında daha yaxşı informasiya almağına şərait yaradacaq.



CITROEN C4 CACTUS


Citroen C4 Cactus yenilənən dizaynı və komfortu ilə 2018-in ikinci rübündən etibarən yollara çıxacaq.

Citroenin yeni kompakt hatbak avtomobili C4 Cactus 31 fərqli gövdə birləşməsi, 5 fərqli salon rəngi, multimediya özəllikləri, təkmilləşdirilmiş güvənlik sistemi ilə birlikdə, benzin və dizellə işləyən motorunda yerləşdirilmiş avtomotik enerji cihazı ilə göz oxşayır.

 

BMW M8 CONCEPT


BMW, M8 konsept avtomobili ilə luks avtomobil anlayışına fərqlilik gətirmək istəyir. Cenevrədə sərgilənən avtomobil əslində istehsal olunması planlaşdırılan Gran Kupenin 4 qapılı variantıdır.

M8 M6 modelinin yerini tutacaq bu avtomobil.


X4


Yeni BMW X4, orta ölçülü avtomobil sinfinin premium seqmentində yer alan ilk Spor Aktvite Kupesidir. Dünya üzrə 200 min satış sayına sahib olan bu model indi daha yeni dizayna sahibdir. Salon dizaynı sport stildədir, idarə sistemi son texnologiyaya uyğunlaşdırlıb.

KIA CEED


Sərginin ən iddialı modelləri arasında olan Ceed-in yeni nəsli ilə birlikdə adı da dəyişir. Əvvəlki nəsildə Cee"d olaraq satışa çıxarılan model, yeni nəsil ilə birlikdə Ceed olaraq öz yoluna davam edir.

AUDI A6


A6 nəslinin əvvəlki modellərinə baxanda daha həfif, daha dinamikdir. Avtomobil klassikləşən Audi dizaynının davamıdır. Xüsusilə ön tərəfdən baxanda altıbucaqlı mühərrik nəfəsliyi ilə diqqəti çəkir. Yan profildən baxanda isə yüksək çiyin cizgiləri və kiçik qalan yan şüşələr bizə A6-nın əvvəlki versiyasından da tanış gəlir. Arxa tərəfinə baxanda isə stopların ortasından başlayan və yük yerinin qapağına birləşən xətt bu modelə ayrıca gözəllik verir.

 

MERCEDES-BENZ AMG GT4 


Mersedes Benzin performans modeli olan bu modelin artıq dörd qapılı versiyası da mövcuddur. Cenevrədə tanıdılan avtomobil dizayn olaraq sport stildədir və digər sport modellərdən daha fərqlidir. Nə qədər gözəldir deyə soruşsanız, deyərdim ki, o qədər də yaxşı alınmayıb bu model. Ancaq yüksək performansına bir sözüm yoxdur.

Avtomobil 4 litrlik V8 mühərrikə malikdir. Bu mühərrik AMG E63 modelində gördüyümüz bir mühərrikdir və avtomobil 100 km/saat sürəti 3,5 saniyədə yığıa bilər. 

ardı var...

türkcədən çevirən Emin Akif