adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
07 Mart 2018 12:38
8112
HADİSƏ
A- A+

Bakıda yük maşını ana və iki uşağını vurdu, sürücü qaçdı

Bakıda ana və iki uşağını maşın vurub.

APA-nın məlumatına görə, hadisə Xətai rayonu, Nargilə kafesi yaxınlığında qeydə alınıb. Azər Kərimov idarə etdiyi "Hyundai” markalı yük maşını ilə idarəetməni itirərək yolun əks istiqamətinə çıxıb və piyadalar – 1984-cü il təvəllüdlü Aygün Əliyevanı, onun övladları – 2012-ci il təvəllüdlü Rəna Əliyeva və 2008-ci il təvəllüdlü Almaz Əliyevanı vurub. Yaralılar xəstəxanaya yerləşdirilib.

A.Kərimov hadisəni törədəndən sonra qaçıb.

Hazırda onun yerinin müəyyən edilərək tutulması istiqamətində axtarışlar davam etdirilir.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 263.1-ci (yol hərəkəti qaydalarını pozma) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb, istintaq gedir.