adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
07 Mart 2018 11:32
11800
ƏDƏBİYYAT
A- A+

Əbülfət Mədətoğludan yeni şeir: Təəssüf...


Dərdin üzü daş olandan
"Daş" mənə yoldaş olandan...
Sağ yara , sol daş olandan -
təklənirəm!..

Düşdüyüm bir dərin qazma...
Məni ürəyimdən asma!,,
Allahım , günaha yazma -
şəklənirəm...

Yarpaq tökümü başlayıb...
Qəm artıq məndə qışlayıb!..
Daha ruhu da xışlayıb -
ləklənirəm!..