adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
07 Mart 2018 11:28
24808
ƏDƏBİYYAT
A- A+

Eyvaz Əlləzoğlu adına mükafat

Tiflisdə Eyvaz Əlləzoğlu adına ədəbiyyat müsabiqəsi keçiriləcək.

Gürcüstan Yazıçılar Birliyinin (GYB) Azərbaycan bölməsindən Adalet.az-a verilən məlumata görə, Eyvaz Əlləzoğlu adına ədəbiyyat mükafatı hər il ən yaxşı hekayəyə veriləcək.

GYB-nin Azərbaycan bölməsinin təsisçisi və sədri şair Allahverdi Təkləlinin baş redaktor olduğu "Körük” jurnalının ilk sayı yazıçı Eyvaz Əlləzoğlunun "Doğum” hekayəsi ilə açılır və hekayədən dərhal sonra mükafatın təsis olunduğu haqqında məlumat verilir. Qeyd edək ki, "Körük” aylıq (azərbaycan türkcəsində) və "Sxivi-Şəfəq" adlı (azərbaycan və gürcü dillərində) üç aylıq jurnalın ilk sayları artıq nəşrə hazırlanıb yaxın günlərdə işıq üzü görəcək.

Hər ilin sonunda "Körük" jurnalında çap olunan hekayələr münsiflər tərəfindən dəyərləndirilib ilin hekayəsi kimi seçiləcək və qaliblərə pul mükafatı, xüsusi hədiyyələr veriləcək. Hekayələrin qəbulu hər il yanvar ayında başlayıb oktyabr ayına qədər davam edəcək. Dekabrda qalib seçiləcək, mükafatlandırma olacaq.

Yalnız bir hekayə ilin qalibi adını alacaq və Eyvaz Əlləzoğlu mükafatına sahib olacaq.

Hekayələr bu ünvana göndərilməlidir:[email protected]