ANA SƏHİFƏ / KRİMİNAL

Naxçıvanda qanunsuz yaşayan 21 əcnəbi aşkarlanıb

8341    |   2018-03-07 10:52
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ötən ay ərzində Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən muxtar respublikada olma və yaşama qaydalarına əməl etmədən mövcud qanunvericiliyin tələblərini pozmuş 21 əcnəbi aşkarlanıb.

Adalet.az xəbər verir ki, onlardan 18-i barəsində Azərbaycan Respublikası ərazisini 48 saat ərzində tərk etmə, 3-ü barəsində inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılma qərarı qəbul edilib. Ümumilikdə, ay ərzində xidmətə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, habelə Azərbaycan Respublikası vətəndaşları tərəfindən 528 müraciət daxil olub. Bu müraciətlərdən 74-ü əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti və daimi yaşamaq üçün icazənin, əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazəsinin verilməsi, eləcə də vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlıdır.

Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib. Fevral ayı ərzində olduğu yer üzrə qeydiyyatla bağlı 454 müraciət qeydə alınaraq icrası təmin olunub. Həmin müraciətlərdən 198-i elektron xidmətlər portalı və elektron poçt üzərindən qəbul edilib.


İmza:
SON XƏBƏRLƏR
2018-09-25
2018-09-24


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aşot Moskvadan bir urus qız alır. Gəlir İrəvanda da toy edir. Aradan on beş gün keçir, gəlin gileylənir:

- Bu necə olacaq, nə atanın, nə də ananın məndən xoşu gəlmir.

Aşot:

- Onları boş ver, əsas odur ki, müdirimin səndən xoşu gəlir.





digər lətifələr
ARXİV
FACEBOOK