Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | Stanford Universitetində Xocalı soyqırımına dair tədbir keçirilib Adalet.az | Stanford Universitetində Xocalı soyqırımına dair tədbir keçirilib Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / HADİSƏ

Stanford Universitetində Xocalı soyqırımına dair tədbir keçirilib

4014    |   2018-03-07 10:35
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

ABŞ-ın Kaliforniya ştatında yerləşən və dünyanın 5 ən nüfuzlu universiteti sırasında (ikinci) yer alan Stanford Universitetində martın 2-də Xocalı soyqırımına həsr olunmuş geniş anma tədbiri keçirilib. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun dəstəyi və Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə Xocalı faciəsinin dəhşətlərindən bəhs edən, ötən il Kaliforniyanın Los Anceles şəhərində amerikalı kinematoqraflar tərəfindən istehsal olunmuş "Zülmətdən Qaçarkən” (Running from the Darkness) sənədli filmi nümayiş etdirilib. Film ABŞ-da Xocalı soyqırımı mövzusunda çəkilmiş ilk ekran əsəridir.

Adalet.az APA-ya istinadən xəbər verir ki, tədbiri giriş sözü ilə açan Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Mərkəzinin icraçı direktoru Həmid Azəri 1992-ci ilin fevralında Ermənistan silahlı qüvvələri tərəfindən dinc azərbaycanlılara qarşı həyata keçirilmiş və müasir dövrün ən dəhşətli cinayətlərindən biri olan Xocalı soyqırımı haqqında ətraflı danışaraq gələcəkdə buna bənzər faciələrin baş verməməsi, günahsız insanların öldürülməməsi üçün Xocalı həqiqətlərinin bütün dünyaya çatdırılmasının vacibliyini vurğulayıb.

Sonra icma fəalları, o cümlədən Samir Lütvəliyev və Anar Usubov (Xocalı soyqırımı şahidi) çıxış edərək, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində çoxlu sayda dinc azərbaycanlının amansızcasına qətlə yetirildiyini, öz torpaqlarından didərgin salındığını, BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş və bu təcavüzü pisləyən müvafiq qətnamələrə Ermənistan tərəfindən hələ də əməl edilmədiyini bildiriblər.

Sonra "Zülmətdən Qaçarkən” filmi nümayiş etdirilib. Filmin əsas süjet xətti Xocalı soyqırımının canlı şahidləri ilə aparılmış müsahibələr üzərində qurulub. Eyni zamanda, Xocalıda törədilmiş dəhşətli hadisələrlə bağlı ABŞ-ın ştat qanunvericilərinin və tanınmış din xadimlərinin bu soyqırımını pisləyən açıqlamalarına, tədqiqatçı alim və jurnalist rəylərinə yer verilir, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi altında "Xocalıya Ədalət” beynəlxalq kampaniyası çərçivəsində görülən işlər işıqlandırılır. Film tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

Sonda tanınmış azərbaycanlı kamança ifaçısı İmamyar Həsənovun ifasında həzin musiqi əsərləri səsləndirilib.


İmza:
SON XƏBƏRLƏR
2018-12-12


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Neftçi"?

"Qarabağ" (50%)
"Neftçi" (50%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Faiq Qismətoğlu xəstəxanaya gəlir. Həkim:

- Özünüzlə yatacaq gətirmisiniz?

- Bəli.

- Sizə lazım olan bütün dava-dərmanları da gətirmisiniz?

- Bəli.

- Bəs, bu yanınızdakı ağ xalatlı kimdi?

- Bu da həkimdi. Dedim, birdən sizdə həkim də olmaz, özümlə gətirdim.





digər lətifələr
ARXİV
FACEBOOK