adalet.az header logo
  • Bakı 20°C
06 Mart 2018 21:41
8878
GÜNDƏM
A- A+

Prokurorluğumuzun tarixinə səyahət

Nizam Rüstəmov
Hüquqşünas,
Müharibə
veteranı

(əvvəli ötən sayımızda)

Fürsətdən istifadə edib onu da bildirmək istəyirəm ki, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev milli iqtisadiyyatımızın inkişafına mane olan mənfi hallarla qanun pozuntuları ilə mübarizənin daha da kəskinləşdirilməsinə dair tələb və tövsiyələri tam haqlıdır. Müstəqil Azərbaycanın prokurorluğu haqqında qanun bu məqsədlə prokurorlara daha da tutarlı hüquqi imkan verəcəkdir. Onuda xüsusi vurğulamağı istəyirəm ki, on beş ildə prokuror nəzarətinin bütün sahələri üzrə əsas vəzifəsi vətəndaş hüququnun, insan haqlarının müdafiəsinə nail olmağa yönəldilmişdir. Bu konstitusiya ilə üzərimizə qoyulan vəzifədir. Hər halda bu vəzifənin icrasına nail olmağa çalışıb, müəyyən nəticələr də əldə edilmişdir.Azərbaycan xalqı öz Konstitusiyasına səs verərkən dövlət müstəqilliyini qoruyacağını, vətəndaş cəmiyyəti və demokratik cəmiyyə quracağını bəyan etmişdir. Belə bir cəmiyyətdə isə zora, silahlı çevrilişə yer olmamalıdır. Olarsa, qanun tətbiq edilməlidir! Yeri gəlmişkən, bu və ya digər ağır cinayətlər, o cümlədən terror cinayət törədənlərə qarşı həmişə hüquq-mühafizə orqanları mübarizə aparır.
Müstəqil Azərbaycan Respublikasının prokurorluğunun 80 illik yubileyində səslənmiş "cinayət törətmiş şəxsin milliyəti yoxdur" məhfumuna bu gün qiymət verilir ki, terroru törədənlərin milliyyəti yoxdur.
Cənab prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamışdır. Bu sərəncamla əlaqadar olaraq Respublikada və bölgələrdə təntənəli yığıncaq keçirilir. Bu ilin may ayının 28-də Xalq Cümhuriyyətinin yubileyi keçiriləcəkdir. Bu xalqın xeyrinə verilən ən yüksək hədiyyədir. Bu hədiyyədən bəhrələnmək lazımdır. Bu sahədə bir-birimizə köməyimizi indiyədək əsirgəmədiyimiz kimi bundan sonra da əsirgəməyəciyik. Qeyd edilən cinayətlərlə mübarizədə bir yerdə olacağ, bir mövqeden-qanunun tələb etdiyi mövqeden çıxış edəcəyik. Çünki bu, mənsub olduğumuz dövlətin qanuni mənafelərinin, xalqımızın iradəsinin qorunmasına və təhlükəsizliyinə xidmət edir. Müstəqil Azərbaycan dövlətçiliyinin və onun prokurorluq orqanlarının tarixində ilk dəfə idi ki, belə mürəkkəb, böyük həcmli, təcrübəsində rast gəlmədiyi cinayət işlərinin istintaqı aparılırdı. Danılmaz həqiqətdir ki, müstəqil Azərbaycan dövlətinin son on beş illik tarixində əldə etdiyi ən böyük nailiyyətlərdən biri də odur ki, hakimiyyətə zorla, hərbi çevriliş yolu ilə gəlmək ənənəsinə son qoyulmuşdur. On beş ildir ki, hüquq-mühafizə orqanlarının, o cümlədən Azərbaycan Prokurorluğunun xalqımız müstəqil dövlətçiliyimiz qarşısında ən böyük xidməti də məhz belə xüsusi təhlükəli dövləti cinayətlərin istintaqı ilə bağlı olubdur. Azərbaycan dövləti də çəkilən bu zəhmət layiqincə qiymətləndirilmişdir. Möhtərəm cənab prezidentimiz tərəfindən on beş ildə prokurorluğun əməkdaşlarına "Azərbaycan bayrağı", "İgidliyə görə" və "Birinci dərəcəli hüquqşünas" kimi fəxri adlar ilə təltif edilmişdir. Bunu prokurorluğun bütün əməkdaşlarının fəaliyyətinə verilən ən yüksək qiymət kimi qəbul edirəm.
Başqa mövqedə dayanmağa haqqımız da yoxdur. Çünki vətən uğrunda, onun müstəqilliyi və azadlığı yolunda şəhid olmuş, vətəndaşlarımızın təhlükəsiz yaşaması üçün mübarizədə canlarından keçmiş respublikanın baş prokuroru İsmət Qayıbovun və digər əməkdaşların adlarını çəkməyə bilmərəm.
Allahdan onlara rəhmət diləyirəm.
Çünki illər ötəcək, zaman keçəcək, amma bugünkü nəsil kimi, gələcək nəsillər də cənab prezidenti prokurorluğun xilaskarı kimi xatırlayacaqdır.
Bu gün yaddaşlarda yaşadığı kimi, gələcək nəsillər də unutmayacaq ki, prokurorluq işçilərinin peşə bayramını müstəqil Azərbaycanın tarixinə həkk olundu. Bu tarix prokurorluğun taleyində əbədi və dəyişməsidir. Əbədidir ona görə ki, bu tarixdə haqq bərpa olunubdur. Tarix əbədi və dəyişməzdir, ona görə ki, prokurorluğun şərəfli keçmişinə, ziddiyyətli dünərinə, tələtümlü bu gününə, gələcəkli sabahına dövlət münasibəti məhz cənab İlham Əliyevə məxsusdur.
Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev son vaxtlar Respublikada Prokurorluğun işinə inandığı üçün onun rəhbərini bu müddətdə Baş prokuror kimi işdə saxlamağı onun həyata baxışını və dövlətimizin qanunlarına riayət olunduğunu görür, qiymətləndirir. Hörmətli Zakir Qaralovu Baş prokuror kimi saxlayır. Azərbaycan Xalq Cümhuriyyəti yarandığı gündən bu günə kimi müstəqil dövlətimizin prokurorluq orqanlığında işləyən Baş prokurorların siyahısı.
Azərbaycan Prokrorluğunun Rəhbərləri.
1. Xasməmədov Xəlil bəy 28.05.1918-17.06.1918.
2. Xoyski Fətəli xan 17.06.1918-07.12.1918.
3. Makinski Teymur bəy 26.12.1918-14.03.1919.
4. Səfikürdiski Aslan bəy 14.03.1919-22.12.1919.
5. Xasməmədov Xəlil bəy 22.12.1919-01.04.1920.
6. Qarayev Əliheydər Ağakərim oğlu 28.04.1920-1921.
7. Çvanov Sergey Timofeyevic 1921-1922.
8. Vəlibəyov Bahadur Qasim oğlu 1922- 1926.
9. Talıblı Böyükağa Mirqasım oğlu 1926-1930.
10. Hacıyev Hüsü Hüseynəli oğlu 1930-1931.
11. Talıblı Böyükağa Mirqasım oğlu 1931-1932.
12. Sultanova Ayna Mahmud qızı 1933-1934.
13. Məmmədov Yaqub Məmməd oğlu 1935-1936.
14. Vəlibəyov Bahadır Qasım oğlu 1936-1937.
15. Əlihüseynov Ağahüseyn Mehdi oğlu 1938-1941.
16. Cabrayılzadə Cabrayıl Həşim oğlu 1941-1943.
17. Əfəndiyev Xəlil Sədrəddin oğlu 1943-1948.
18. Əliyev Əliabbas Nəcəf oğlu 1948-1951.
19. Rəhimov Hacı Məmməd oğlu 1951-1954.
20. Babayev Adil Salman oğlu 1954-1959.
21. Əkbərov Seyfulla Əkbər oğlu 1959-1963.
22. Məmmədov Qombay Ələsgər oğlu 1963-1976.
23. Zamanov Abbas Məmədtağı oğlu 1976-1985.
24. İsmayilov İlyas Abbas oğlu 1985-1990.
25. Qayıbov İsmət İsmayıl oğlu 1990-1991.
26. Babayev Murad Köçəri oğlu 1991-1992.
27. Şirinov İxtiyar Əlibaba oğlu 1992-1993.
28. Ömərov Əli Ömər oğlu 1993-1994.
29. Həsənov Eldar Hümbət oğlu 1995-2001.
30. Qaracov Zakir Bəkir oğlu 2001-ci ildən hazırki
vaxta kimi.