adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
06 Mart 2018 17:08
15747
DÜNYA
A- A+

ƏN BÖYÜK DƏHŞƏT BİLİRSİNİZ NƏDİ?

ABŞ-ın və Avropa dövlətlərinin ən ali məqsədi Türkiyə ilə İranı parçalamaqdı və hər gün də bu layihəni həyata keçirmək üçün yüz üsula əl atırlar.

Ən böyük dəhşət də odur ki, bu iki dövlət bunu bilə-bilə bir-birinə düşmənçilik edir. Səbəb də məzhəb.

Allah ikisinə də ağıl versin.

Əsrin əvvəllərində Bakıda sünni-şiə məsələsi ilə bağlı böyük bir konfrans keçirilir. Dərbəndin müftisi məscidə girərkən ayaqqabılarını vurur qoltuğuna və gedib oturur protokol yerində. Hamı çaşır. Soruşurlar ki, ayaqqabını niyə qoltuğuna vurmusan?

- Bilirsiz, peyğəmbər (ə.s) bir gün məsciddə iclas keçirərkən şiələr onun ayaqqabılarını oğurlayıblar.

Yer-yerdən deyirlər ki, sən nə danışırsan, peyğəmbərin vaxtında şiələrmi vardı?

- Üzr istəyirəm, səhv dedim ey, sünnilər onun ayaqqabılarını oğurlayıblar.

Yenə yer-yerdən deyirlər ki, özün də o boyda şəhərin müftisisən və belə savadsız danışırsan, peyğəmbərin vaxtında sünni vardı?

Müfti acı-acı gülür:

- Əgər peyğəmbər (ə.s.) vaxtında sünni-şiə yoxuydusa, bəs onda siz bura niyə yığılmısız?!

Deyir və məclisi tərk edir.