adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
07 Mart 2018 09:15
16835
DÜNYA
A- A+

TÜRKLƏR AYAĞA DURSA, RUSİYA SSRİ-nin GÜNÜNƏ DÜŞƏR

Yəni dağılar. Çünki Rusiyanın 146 milyon əhalisinin təxminən 30 milyona qədəri türk mənşəlidi. Və çox qəribədir ki, Rusiya iqtisadiyyatının bel sütunu neft də, digər böyük sənaye obyektləri də Tatarıstan başda olmaqla türk mənşəli xalqların yaşadığı ərazidədi.

Ona görə də Jirinovski televiziyada çıxış edərkən Rusiyada yaşayan türklərə birbaşa türk dilində müraciət elədi və onlardan səs istədi.

Amma yadından çıxartdı ki, Putinin özü də türk mənşəlidi və bunu etiraf edib. Yadınızdadırsa, Merkellə görüşdə belə bir ifadə işlətdi: «Gəlin tarixə qayıtmayaq. Tarixə qayıtsaq, rusların əlini qaşısaq, altından tatar çıxacaq». Əslində heç kimə sirr deyil ki, Rusiyadakı prezident seçkilərinin fovoriti Putindi.