adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
06 Mart 2018 16:53
9840
GÜNDƏM
A- A+

ƏZRAYIL İSTEFA VERİB

Əslində mən Əzrayılın niyə istefa verdiyi barədə «Dolu» romanında yazmışam. Orda başqa səbəbləri göstərmişəm. Amma indi baxıram ki, Əzrayılın istefa verməsinin başqa səbəbləri də var. Azərbaycanın tanınmış jurnalisti Əyyub Kərimov dəm qazından boğularaq həyatını itirdi. Üstündən iki gün keçməmiş Sumqayıtda 6 nəfərlik bir ailə də dəm qazından boğularaq öldü. Və hər il belə hadisələrlə tez-tez rastlaşırıq. Deməli, dəm qazı Əzrayılı əvəz edir. Səbəbinin biri dəm qazından boğulub ölənlərin səhlənkarlığıdısa, ikincisi, həmin dəm qazıdı.

Dəm qazı niyə Əzrayıla çevrilib? Qoy bunu «Azəriqaz» və əlaqədar təşkilatlar araşdırsın.